Moloma () — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
İstinadlar
Kateqoriya:Rusiya çayları