Emma Hacıyeva (; ) — əvvəllər Rusiyanı, daha sonralar isə Azərbaycanı təmsil etmiş fiqurlu konkisürən. Fiqurlu konkisürmə üzrə idman ustası.

Həyatı

İdman karyerası 26 aprel 1989-cu ildə Qızılyar şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. 48 saylı Moskva şəhər Uşaq-Gənclər İdman Məktəbi və MOİK Bakı klublarında çıxış edib. 2005-ci ildə Azərbaycan çempionatının gümüş medalını qazanıb. 2008/2009 mövsümündə böyüklər arasında dünya və Avropa çempionatında iştirak edib. 2009-cu ilin sentyabr ayında Almaniyanın Oberstdorf şəhərində baş tutan və Vankuver Qış Olimpiya Oyunlarına seçmə xarakteri daşıyan "Nebelhorn Trophy" yarışında iştirak edib. 20 yaşında peşəkar karyerasını başa vurub.

Jurnalist fəaliyyəti 2018-ci ilə qədər Rusiyada ilk və tək idman radiostansiyası olan Sport FM-də aparıcı və müxbir qismində çıxış edib. Hazırda "Matç TV"də aparıcı işləyir.

İstinadlar

Xarici keçidlər

Allskaters.info saytında profili İsuresults.com saytında profili

Kateqoriya:Rusiya fiqurlu konkisürənləri Kateqoriya:Azərbaycan fiqurlu konkisürənləri Kateqoriya:Rusiya azərbaycanlıları