Çin kalliqrafiyasında Çin yazı simvolları ən məşhur beş üslubdan birinin qaydalarına əsasən çəkilir. Onlar Çin dili ilə birlikdə inkişaf ediblər.

Üslublar +Çin xəttatlığının əsas üslubları Çjuanşu Lişu Sinşu Tsaoşu Kayşu Hanzi (ənənəvi), kanji, hança, han tı)(yap. )Hanzi (sadə)Pinyin, Palladi sistemi , çjuanşu , lişu , sinşu , tsaoşu , kayşu Polivanov sistemi tensyö reysyö gyö:syö so:syö kaysyo Hanqıl, Kontseviç sistemi , çonso , yeso , henso , çoso , heso Kuoknqı, transkripsiya , çyentxı , letxı , xantxı , txaotxı , kxaytxı Şəkil500x200px500x200px500x200px500x200px500x200px Xəttat yazarkən yerli sadələşdirmələrdən də (məsələn, sindzitay) istifadə edir.

Yapon kalliqrafiyasında katakana və hiraqanadan istifadə edilir. Katakana kayşu üslubundan, hiraqana isə tsaoşu üslubundan götürülmüşdür. Eynilə, Koreyada xəttatlıq üçün Hanqıl istifadə olunur.

Çjuanşu right|100x100px

Çjuanşu, "möhür heroqlifləri", e.ə. VIII—III əsrlərdə yaranıb və Sin çarlığının və onun işğalı altında olan bölgələrin rəsmi yazı stili idi. Çjuanşu qədim kalliqrafiya üslubları arasında ən çox istifadə edilənidir. Onun 2 əsas variantı mövcuddur: "böyük möhür" () və "kiçik möhür" ().

XX əsrin sonlarında bu üslub əsasən inkanlar üçün istifadə edilirdi. Möhürün özü əsasən ağacdan və başqa materiallardan hazırlansa da, basma üçün yazı fırça və mürəkkəblə yerinə yetirilir.

Çinlilərin əksəriyyəti çjuanşunu oxuya bilmirlər, onun istifadəsi kalliqrafiya ilə məhdudlaşır.

Lişu right|100px Lişu b.e. II əsrində Xan sülaləsinin hakimiyyəti dövründə çjuanşunun vulqar versiyasından yaranıbQiu 2000; p.59, 104, 106, 107 & 108.

Lişu ən səciyyəvi xüsusiyyətlərindən biri üfüqi və diaqonal cizgilərin "quyruğunun" genişlənməsidir. Bu, Çin dilində "ipək qurdunun başı və qaz quyruğu" adlanır.

Kayşunu bilən şəxslər lişunu da oxuya bilirlər, lakin Sin sülaləsi dövrünə məxsus arxaik lişu oxumaq üçün çətindir və buna görə də bu üslubdakı müasir yazılar son dövrlərə aid lişu ilə yazılır.

Sinşu right|100x100px

Sinşu, "qaçan üslub", bu üslubun xüsusiyyəti cizgilərin bir-biri ilə birləşir. Fırçanı nadir hallarda kağızdan ayırırlar. Bu, üslublar arasında ən yenisidir və kayşudan əmələ gəlib.

Savadlı çinli sinşu ilə yazılanın çox hissəsini oxuya bilər.

Tsaoşu right|100x100px Tsaoşu və ya "ot üslubu" — bu, tamamilə əl ilə yazılmış kursivdir və lişudan yaranıb. Lakin bu üslubu oxumaq üçün xüsusi bacarıq tələb olunur. Hətta sinşunu oxumağı bacaran şəxs tsaoşunu xüsusi hazırlıq olmadan oxuya bilmir.

Tsaoşuda heroqliflər fırçanı qaldırmadan və bir-birinə keçərək yazılır. Gözəl xarici görünüş yaratmaq üçün cizgilər dəyişikliyə məruz qalır. Tsaoşunun girdə nişanları və liqaturaları oxumaq üçün çətinlik yaradır, bu səbəbdən də heç vaxt geniş istifadə edilməyib.

Hiraqana üslubu tsaoşudan yaranmışdır.

Kayşu right|100x100px Kayşu — ən populyar və ən son yaranmış kalliqrafiya üslublarından biridir. Han sülaləsi ilə Üç çarlıq dövrü arasında yaranmışdır. Kayşu Cənub və Şimal sülalələrinin hakimiyyəti dövründə məşhurlaşmışdır. O, dəqiqliklə yazılmış lişudan yaranmışdır. Kayşu heroqliflərinin bütün cizgiləri bir-birindən ayrıdır və fırça heroqlifdəki cizgilərin sayı qədər kağızdan aralanır.

Kayşu xaricilərə, uşaqlara və ya kalliqrafiya öyrənənlərə izah edilən birinci üslubdur.

Edomodzi  — Edo dövründə reklam və elanlar üçün yaradılmış yapon kalliqrafiya üslubu. Çində və Koreyada bu üslub yapon restoranlarının yazı lövhələrinin tərtibatı üçün istifadə edilir.

left|thumb| Kanteyryu использовался для оформления программок к спектаклям Кабуки и ракуго. Изобретён , название стиля происходит от прозвища Окадзакии: .

left|thumb| Yosemodzi  — "kanteyryu" və "tyotin-modzi" üslublarının kombinasiyasıdır və afişaların, vərəqələrin tərtibatı üçün istifadə edilmişdir.

left|thumb| Kaqomodzi  — adətən kaqomodzi işarələrinin sadəcə qalın kvadrat çöl konturu çəkilir.

left|thumb| Hiqemodzi  — hiqemodzi işarələrinin "bığları" olur. Bu üslubda kakiqori və ramune qutularının, həmçinin sake çəlləklərinin üzərini yazırlar.

left|thumb| Sumomodzi  — sumo yarışlarının reklam lövhələrində və proqramlarında istifadə edilir.

left|thumb| Tyotin-modzi  — yapon tyotin fənərlərinin üzərindəki yazılarda istifadə edilir.

left|thumb|190x190px| Kakudzi  — möhürlərdə istifadə edilir.

Kao thumb| Toyotomi Hideyösinin kaosu

Kao — stilizə olunmuş kalliqrafik imza.

İstinadlar

Mənbələr

[English translation by Gilbert L. Mattos and Jerry Norman of Wénzìxué Gàiyào 文字學概要, Shangwu, 1988.]

Boltz, William G. The origin and early development of the Chinese writing system (англ.). — New Haven: The American Oriental Society, 1994. Keightley, David. Sources of Shang history: the oracle-bone inscriptions of bronze-age China (англ.). — Berkeley: University of California Press, 1978. Norman, Jerry. Chinese (неопр.). — Cambridge: Cambridge University Press, 1988.

Xarici keçidlər

Kitabda Çin Xətt Ssenarisi (1997) Ngan Siu-Mui tərəfindən yazılan "Çin Xəttatlığı, Abstrakt Sənət, Zehin Rəsmi" Çin yazı tarixi Çin xarakterlərinin təkamülü Zhongwen.com : xarakter formalaşması haqqında məlumatları olan axtarış lüğəti Çin xarakter etimologiyaları Çin simvolları : Çin simvollarının formalarının izahı; ideoqrafik mahiyyətinə görə. Shuo Wen, digər ənənəvi mənbələrə və müasir arxeoloji tapıntılara əsaslanaraq.

Kateqoriya:Çin yazıları Kateqoriya:Xəttatlıq