I Ferdinand () () — Neapol, Siciliya və İki Siciliya kralı. Burbon sülaləsinin Burbon-İki Siciliya qolunun əsası qoyuldu.
Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Ancaq onun İspaniya taxtına keçə bilməsi üçün Neapol və Siciliya taxtından əl çəkməsi tələb edildi. Bu səbəblə III Karl həmin il 6 oktyabrda Neapol və Siciliya taxtından üçüncü oğlu Ferdinandın lehinə əl çəkdi. Çünki böyük oğlu Antonio əqli xəstə olduğu üçün varislikdən çıxarılmış, ikinci oğlu Karl isə İspaniya taxtının varisi (infant) elan edilmişdi.
Ailəsi 7 aprel 1768-ci ildə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolinayla evləndi. Cütlüyün 18 övladı dünyaya gəlsə də, bunlardan yalnız 7-si yetkinlik yaşına çata bildi.
Mariya Tereza, Müqəddəs Roma imperatriçası Mariya Luiza, Böyük Toskana hersoqinası Karlo (1775-1778) Mariya Anna (1775-1780) I Fransisk, İki Siciliya kralı Mariya Kristina, Sardiniya kraliçası Mariya Amaliya (1779-1783) Qennaro (1780-1789) Cüzeppe (1781-1783) Mariya Amaliya, Fransa kraliçası Mariya Kristina (1783) Mariya Antuanetta, İspaniya infantası Mariya Klotilda (1786-1792) Mariya Henretta (1787-1792) Karlo (1788-1789) Leopold Cüzeppe, Salerno şahzadəsi Alberto (1792-1798) Mariya İzabella (1793-1801)
Mənbə Davis, John (2006). Naples and Napoleon: Southern Italy and the European Revolutions, 1780–1860. Oxford University Press. ISBN 9780198207559 Acton, Harold (1957). The Bourbons of Naples (1731–1825) (2009 ed.). London: Faber and Faber. p. 150. ISBN 9780571249015
İstinadlar
Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:İspaniya infantları