Fonbet () — Rusiyada Bukmeyker fəaliyyəti göstərən şirkət. Şirkət 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılıb. Şirkət eyni zamanda onlayn mərc-platformaları vasitəsilə idman və kibersport üzrə mərclər qəbul edir və Rusiya bazarında aparıcı bukmeykerlərdən biridir. Məsələn, 2016-cı ildə onlar Rusiyada onlayn mərc fəaliyyəti üçün lisenziya əldə etmişdir.
"Fonbet" şirkətinin mərc qəbulu məntəqələri şəbəkəsinin Moskvada 100-dən çox klubu və Rusiyanın 82 bölgəsində 1000-dən çox filialı var. Şirkət beynəlxalq əməkdaşlıqlar qurmaqla qonşu ölkələrdə onlayn fəaliyyətini genişləndirməyə çalışır. 2021-ci ildə Fonbet ilə Fransanın Paris Saint-Germain futbol klubu arasında Rusiya və MDB regionunda tərəfdaşlıq müqaviləsi imzalanmışdır.
Tarix "Fonbet" bukmeker şirkəti ilk dəfə "F.ON." adı altında, 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılır. Maçulksi hələ Sovet dövründə şahmatçılar arasında, qumar oyunlarının böyük bir bilicisi sayılırdı. 1990-cı illərin ortalarından etibarən Fonbet internet vasitəsilə mərclər qəbul etməyə başlamış, bu isə şirkətin bazar payını artırmasına kömək etmişdir. 2016-cı ildə şirkət onlayn fəaliyyət üçün rəsmi lisenziya almışdır."Лицензированные букмекерские компании России — полный список и особенности регулирования". 3Snet (rus). 3SGroup. 10 iyul 2024. 10 sentyabr 2024 tarixində arxivləşdirilib . İstifadə tarixi: 5 noyabr 2025.
Şirkətin ilk mərc qəbul etmə nöqtəsi "Ulitsa 1905 qoda" metro stansiyası yaxınlığında açılır. 1995-ci ildə şirkətin məntəqə sayı 5-ə yüksəlir. Şirkətdə mərclərin qəbulu və işlənməsi prosesi kompürləşdirilir. 1997-ci ildə şirkət rəsmi veb saytını açır və 1998-ci ildə internet üzərindən mərc qəbul etməyə başlayır.
1998-ci ildə Sankt-Peterburq şəhərində şirkət ilk filialını açır.
2003-cü ildə artıq şirkətin mərc qəbulu nöqtələri şəbəkəsi, Rusiya və MDB ölkələrində 100-dən çox filialdan ibarət idi. Şirkət idman məlumatlarını və oyun nəticələrini özundə əks etdirən, həftəlik "Na FONe Sporta" qəzetinin nəşrinə başlayır.
2014-cü ildə şirkət rebrendinq edərək, "F. O. H" adını "Fonbet"ə dəyişdirir.
İdarə etmə Şirkətin Baş direktoru Aleksandr Paramonov, İdarə Heyətinin sədri isə Maksim Kiryukinsir.
Tənqidlər və mübahisələr Şirkət müştəri şikayətləri və tənqidlərə də məruz qalır. Bəzi istifadəçilər xidmət keyfiyyətinin qeyri-stabil olmasını və interfeysin şəxsiyyətin təsdiqi proseslərini mürəkkəbləşdirdiyini bildirirlər. Bu hallar şirkətin reputasiyasına təsir etmiş və tənzimləyici orqanların müdaxiləsinə səbəb olmuşdur. 2022-ci ildə Paris Saint-Germain, Real Madrid və AC Milan Fonbet ilə sponsorluq müqavilələrini Rusiya-Ukrayna münaqişəsi fonunda dayandırmışdır.
İstinad Siyahısı
Kateqoriya:Bukmeykerlər Kateqoriya:1994-cü ildə yaranan şirkətlər Kateqoriya:Moskva şirkətləri