Dilək Gürsoy (; ) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah.
Erkən həyatı Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi. Ailəsinin,ürək-damar cərrahiyyəsinə yönələn yeganə fərdi idi. Gələcək peşə karyerası olan cərrahlıq onun uşaqlıqdan bəri olan arzusu idi. Şəxsi həyatı Gürsoy məmləkəti Noysda yaşamağı çox sevir. Həftə sonları başqa şəhərdə işləməli olsa da, doğma şəhərinə mütləq qayıdır.
Borussiya Münhenqladbax FK futbol klubunun fanatıdır,klubun üzvüdür və sezonluq biletinə sahibdir.
Tibbi karyerası Düsseldorf Universitetini bitirdikdən sonra həkim köməkçisi, mütəxəssis və tibbdə müdir köməkçisi vəzifələrində çalışıb. Bundan əlavə, Essen, Bad Enhausendə və Duysburqda Reyner Körfer ilə tellər və xarici enerji mənbələri olmayan yeni süni ürək növü inkişaf etdirmək üçün çalışmışdır. 2017-ci ildə Bremendə çalışdı. 2019-cu ilin mart ayından Ziqburqdakı Helios klinikasında ürək cərrahiyyəsi şöbəsində məsləhətçi cərrah və LVAD proqramının direktoru vəzifəsində çalışır.
Tanınması Almaniya kansleri Angela Merkel Gürsoyun işi ilə maraqlandıqdan sonra onu 21 sentyabr 2017-ci ildə onunla görüşür. Avropada süni ürək implantasiya edən ilk qadın həkim ünvanını qazandığı üçün Alman Tibb Klubu tərəfindən "Medizinerin des Jahres 2019" ("İlin həkimi 2019") mükafatına layiq görülür.
İstinadlar
Xarici keçidlər Uğurları ilə tarixə keçən ürək cərrahı: Dilək Gürsoy Almaniyada ilin həkimi olan Dilək Gürsoy mükafatını aldı
Kateqoriya:1976-cı ildə doğulanlar Kateqoriya:Düsseldorf Universitetinin məzunları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:XXI əsr cərrahları