Marat Kolşəripov (; ) — Sovet və rus tarixçisi. Tarix elmləri doktoru, professor. Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2001), Salavat Yulayev ordeninin kavaleri (2009), Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü (2016).

Bioqrtafiyası 7 yanvar 1941-ci ildə Başqırdıstan Sovet Sovet Sosialist Respublikasının Kuqərsen rayonunun Zireklya kəndində anadan olmuşdur.

1967-ci ildə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini, 1971-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirir.

1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırdıstandakı çarizmin siyasəti (1775–1800)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi üçün tezisini müdafiə edirКульшарипов, М. М. Политика царизма в Башкирии (1775–1800 гг.): Автореферат дис. на соискание ученой степени кандидата исторических наук. (571) / Моск. гос. ун-т им. М. В. Ломоносова. — Москва : [б. и.], 1972. — 21 с..

1971-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllim işləyir.

1991–1996-cı illərdə"Ural" Başqırd Xalq Mərkəzinin sədri olur.

1998-ci ildə Başqırdıstan Dövlət Universitetində "Başqırd xalqının milli hərəkatı (1917–1921)" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiyasını müdafiə edir. Disertasiyanı qəbul edən elmi şuranın üzvləri — tarix elmləri doktoru və professor L. S. Leonova, tarix elmləri doktoru və professor T. S. Sergeyev və tarix elmləri doktoru və professor M. X. Yanborisovdur. Aparıcı təşkilat Mari Dövlət UniversitetidirКульшарипов, Марат Махмутович. Национальное движение башкирского народа (1917–1921 гг.) : автореферат дис. … доктора исторических наук : 07.00.02 / Башкирский гос. ун-т. — Уфа, 1998. — 58 с..

1999–2011-ci illərdə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsinin dekanı olmuşdur.

Ona 2000-ci ildə professor elmi adı verilir.

Dünya Başqırdlar Konqresi İcraiyyə Komitəsinin Bürosunun üzvüdür. Ümumrusiya Tarixçilər və Ali Təhsil Müəllimləri Birliyinin respublika şöbəsinin rəhbəridir.

Elmi fəaliyyət 100-dən çox elmi məqalənin müəllifidir. Elmi tədqiqatları Başqırd milli hərəkatının, Başqırd ordusunun, XX əsrin Başqırdıstan tarixinin və tarixşünaslığının, milli dövlət quruculuğu problemlərinin araşdırılmasına həsr edilmişdir.

2008-ci ildə çoxcildli "Başqırd Xalqının Tarixi" əsərinin baş redaktoru və elmi direktoru təyin edilmişdir.

Mükafatlar Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2001);

A. Valid adına mükafatı laureatı (2002);

Rusiya Federasiyasının Ali Peşə Təhsilinin Fəxri İşçisi;

Salavat Yulayev ordeninin kavaleri (2009).

İstinadlar

Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Başqırdıstan Dövlət Universitetinin müəllimləri