sağ|thumb|300x300pik|Bir kafedralın planı. Kölgəli sahə transepti əks etdirir.
Transept (Son latın dilində: transeptum, "üçün" və "divar") — bazilika və xaç formalı kilsələrdə əsas (uzununa) nefdən düz bucaq altında keçən eninə nef və ya bazilikanın planını şaquli olaraq kəsərək, kilsə ərazisini xaç şəklində vurğulayan çarpaz nefdir. Transeptin ucları binanın əsas hissəsindən kənara çıxan apsislər təşkil edir.
Tarixi
thumb|İki transeptli Solsberi kafedralının planı
Transeptlər erkən xristian kilsələrində, ritualların çətinləşməsi ilə qurbangah və apsis qarşısında olan yerin artırılması ehtiyacı yarandığı zaman yaranmışdır. Bir və ya iki eninə nefin istifadəsi məbədlərin planını Latın xaçına çevirmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Партина А. С. Трансе́пт // Архитектурные термины. Иллюстрированный словарь. — М.: Стройиздат, 1994. — С. 182. — 208 с. — 3 000 экз. — ISBN 5-274-02072-0.
Xarici keçidlər
Kateqoriya:Memarlıq Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Orta əsrlər memarlığı Kateqoriya:Qotik memarlıq Kateqoriya:Memarlıq elementləri