Əhməd Samir oğlu Əhmədzadə () ― azərbaycanlı şahmatçı, beynəlxalq usta (2019). Aşağı yaş qruplarında üçqat Azərbaycan çempionu (201512 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2015 // Chess-results.com, 201612 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2016 // Chess-results.com, 201818 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2018 // Chess-results.com), 16 yaşadək yeniyetmələr arasında Olimpiya çempionu (2019). 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini T. İsmayılov adına 6 nömrəli məktəb-liseydə davam etdirir.Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi

Şahmat karyerası Şahmatla 2011-ci ildə, 6 yaşındaykən məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub. 2012-ci ildə birinci şahmat dərəcəsini alıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) titullarına layiq görülüb.

2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilən məktəblilər arasında Avropa Çempionatında 2-ci yer qazanıb.EUROPEAN SCHOOL CHESS CHAMPIONSHIP 2013 - OPEN U9 // Chess-results.com

2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilər arasında Sürətli Şahmat üzrə Dünya Çempionatında 2-ci olub.World Schools Rapid Chess Championships 2014 Open Under 11 // Chess-results.com

2015 və 2016-cı illərdə iki dəfə yaşıdları arasında, 2018-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşdur.

2019-cu ildə Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.

2019-cu ilin Noyabr ayında Monteneqroda keçiriən Klublar arası Avropa Çempionatında ilk Beynəlxalq Qrosmeyster normasını yerinə yetirmişdir.

2021-ci ilin Oktyabr ayında Şimali Makedoniyanın Oxrid şəhərində keçirilən Klublar arası Avropa Çempionatında "Vüqar Həşimov" klubu tərkibində 3-cü yer qazanıb, bürünc medala layiq görülmüşdür.

Bütün nəaliyyətləri İlNəticəYarışın adıYarışın keçirildiyi yer20128 yaşadək uşaqlar arasında Avropa Kuboku Kutaisi, Gürcüstan7-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (8 yaşadək) Poti, Gürcüstan8 yaşadək məktəblilər arasında Azərbaycan Birinciliyi Quba, AzərbaycanBaku Open. Grup C (8 yaşadək) Bakı, Azərbaycan201310 yaşadək uşaqlar arasında Bakı Çempionatı Bakı, Azərbaycan10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı Bakı, Azərbaycan9 yaşadək məktəblilər arasında Avropa Çempionatı Novi Sad, Serbiya8-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (10 yaşadək) Poti, GürcüstanBatumi Beynəlxalq Şahmat Festivalı (10 yaşadək) Batumi, Gürcüstan2014Ümumilli Lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş Şahmat Festivalı Bakı, Azərbaycan10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı Bakı, Azərbaycan11 yaşadək məktəblilər arasında Dünya Çempionatı. Sürətli şahmat (11 yaşadək) Kavala, YunanıstanQrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (10 yaşadək) Bakı, Azərbaycan13-cü "Dubai Juniors" şahmat turniri (14 yaşadək) Dubay, BƏƏAbu Dhabi Şahmat Festivalı. Əbu-Dabi, BƏƏBaku Open. Grup C (12 yaşadək) Bakı, Azərbaycan2015Ümumdünya Gənclər Oyunları Soçi, Rusiya12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Bakı, Azərbaycan"The Hopes of the World" Şahmat Turniri (12 yaşadək) Varna, BolqarıstanQrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) Bakı, AzərbaycanKişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) Bakı, Azərbaycan201612 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Bakı, AzərbaycanQrosmeyster Aydın Hüseynovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) Bakı, AzərbaycanAzərbaycan Milli Müstəqillik Gününə həsr olunmuş sürətli şahmat turniri Bakı, AzərbaycanKişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) Bakı, Azərbaycan2017Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Bakı, Azərbaycan2018Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Komanda Blitz) Bakı, Azərbaycan18 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Bakı, Azərbaycan15-ci "Dubai Juniors" şahmat turniri (14 yaşadək) Dubay, BƏƏBaku Summer Festival (Blitz) Bakı, Azərbaycan2019Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Bakı, AzərbaycanƏməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Masters) Bakı, AzərbaycanYeniyetmələr arasında Dünya Şahmat Olimpiyadası Çorum, Türkiyə2020Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Bakı, Azərbaycan2021Təhsil RİM-in Komandalar arasında Respublika Birinciliyi Bakı, AzərbaycanNizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq Turnir (sürətli şahmat) Bakı, AzərbaycanKlublar arası Avropa Çempionatı Oxrid, Şimali Makedoniya

İstinadlar

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri