Halkbank — Türkiyədə fəaliyyət göstərən dövlət bankı.
Tarixi Halkbank 1933-cü ildə qurulmuş və 1938-ci ildən başlayaraq xidmətə başlamışdırhttps://web.archive.org/web/20180524152148/https://www.dunya.com/kose-yazisi/halk-bankasi-80-yasinda/416783. 1938-1950-ci illər arasında, Türkiyədə iqtisadi böyüməyə dəstək olmaq üçun kiçik sahibkarlara kredit verən bir kredit ittifaqı kimi fəaliyyət göstərmişdir.
1950-ci ildə yeni filiallarını açmağa və digər müştərilərə də kreditlər verməyə başlayır. 1964-cü ildə Halkbank, kapitalının artırılması və Türkiyənin bütün ərazilərini əhatə edəcək ümummilli filial şəbəkəsi yaradacaq bir layihəyə başlayır.
Halkbank ötən əsrin 90-cı illərinin sonlarından etibarən bir neçə kiçik dövlət banklarının satınalmasını həyata keçirmişdir(1992-ci ildə Töbank, 1993-cü ildə Sümerbank, 1998-ci ildə Etibank və 2001-ci ildə Emlakbank). Halkbank üçün ən böyük dönüş nöqtələrindən biri, 2004-cü ildə "Pamukbank"ın aksiyalarının alınmasıdır. Bundan sonra özəlləşdirməyə hazırlaşmaq üçün əhəmiyyətli bir yenidənqurma prosesi keçirilmişdir.
10 May 2007-ci il tarixində Halkbank səhmlərinin 24.98 faizi İstanbul Fond Birjasına çıxarılmış və satılmışdır. 16 Noyabr 2012 tarixində satılmış səhmlərin faizi 48.9-a yüksəlmişdir."Halkbank In Brief" Retrieved 2020-04-12.
2016-cı ildə bankın toplam ǝmanǝt miqdarı 130,5 milyard lirəyə yüksəlir və 2016-ci ilin ilk yarısında toplam kreditlərinin mǝblǝği 183,4 milyard , ǝldǝ etdiyi xalis gǝlir isǝ 1 milyard 566 milyon lirə tǝşkil edir.
Halkbankın baş ofisi 2015-ci ilin iyun ayında Ankaradan İstanbula köçürülmüşdür.
İstinadlar
Kateqoriya:Türkiyə brendləri Kateqoriya:Türkiyə bankları