Marat Allahverdi oğlu Allahverdiyev () — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı. O, həmçinin Azərbaycan Respublikası Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışmışdır.

Həyatı Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib.

Ailəsi 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır.

Fəaliyyəti

Əmək fəaliyyəti Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb.

Siyasi fəaliyyəti 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Elmi fəaliyyəti Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub.

Təltifləri 20 may 1990-cı ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984–1990-cı illərdə 30 qədər məscid o cümlədən "Təzə-Pir", "Əjdərbəy", "Maştağa", "Mərdəkan", "Bibi-heybət", "Türbə", bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H. Z. Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR mədəniyyət nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan SSR siyasətçiləri Kateqoriya:Tatarəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan tatarları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri