Göyçay Tarix-Diyarşünaslıq Muzeyi — Göyçay şəhərində yaradılmış muzey. Muzeydə Göyçay rayonun təbiətini və tarixinin əks etdirən eksponatlar toplanmışdır.
Muzeyin tarixi Göyçay rayon Tarix-diyarşunaslıq muzeyi 1983-cü ildə yaradılmışdır. Muzey 2012-ci ildən müasir uslubla inşa edilmiş binada fəaliyyət göstərir.
Muzeyin eksponatları Göyçay Tarix-Diyarşünaslıq Muzeyində 6000-ə yaxın eksponat toplanıb. Onların sırasında insanların qədim yaşayış məskənlərində aparılmış qazıntılar zamanı aşkar olunan bəzək əşyaları, silah və qab-qacaq nümunələri var. Çox sayda eksponat İkinci dünya müharibəsi və Sovet İttifaqı Qəhrəmanları: Ziya Bünyadov, Bahəddin Mirzəyev, Hacı Qafarov və onlarla digər döyüşçülərdən bəhs edir.
Hazırda 6800 ədəd eksponat vardır. Bunlardan 795 eksponat ekspozisiyada nümayiş etdirilir. Muzey eksponatları:- rəssamlıq, heykəltaraşlıq, arxeologiya, etnoqrafiya, fotoşəkillər, sənədlər, iqtisadiyyat və milli adət-ənənələri tərənnüm edən bölmələrdən ibarətdir.
Həmçinin bax Azərbaycan muzeyləri Göyçay rayonu Göyçay döyüşü
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:Göyçay