Levokumski rayonu () — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Levokumskoye kəndidir. Coğrafiyası Rayon Stavropol diyarının şimal-şərqində, Arzgirski, Budennovski, Neftekumski rayonları, şimalda Kalmıkiya Respublikası, şərqdə Dağıstan Respublikası ilə həmsərhəddir. Bu Stavropol diyarının ən böyük rayopnudur - 4.687.2 km² ərazini tutur.

Rayon ərazisindən bölgənin adının mənşəyi ilə əlaqəli olan Kuma çayı, həmçinin XX əsrin 50-60-cı illərində inşa edilmiş Tersko-Kumski və Kumo-Manıçski kanalları keçir. Tarixi Rayon 13 aprel 1924-cü il tarixində Tersk dairəsinin tərkibində meydana gəldir.

1928-ci ildə Levokumski rayonu, bölgənin daha üç rayonu ilə birlikdə - Aleksandriyski, Naurski və Suvorovski ləğv edildi. Rayonılar yenidən 1935-ci ildə bərpa edilir.

10 yanvar 1943-cü ildə Levokumski rayonu nasist işğalçılarından azad edilir.

1962-ci ildə 500-dən çox kazak və molokan ailəsi Türkiyədən Levokumski rayonunun Levokumskoe, Priozerskoe, Kumskaya Dolina, Novokumski kəndlərində yerləşdirilir.

1963-cü ildə ərazisinin genişləndirilmiş Levokumski, Blaqodarnenski və Prikumski rayonlarına verilməsi ilə Arzgirski rayonu ləğv edilir.

1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Aleksandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeysk, Kursk, Levokumski, Mineralovodski, Petrovski, Şpakovski rayonları qurulur.

16 mart 2020-ci il tarixindən etibarən Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 10-kz qanununa əsasən Levokumski rayonunun bütün bələdiyyələri Levokumski bələdiyyəsinə birləşdirilərək dəyişdirildi.

Ərazi vahidi öz statusunu qorumuşdur.

Əhali Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 19 786 kişi (47,68 %) və 21 713 qadın (52,32%) yaşayırdı.

Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı: Millət Say % ruslar 28 589 68,89 darginlər 9155 22,06 avarlar 530 1,28 digərləriabazinlər (8), ağullar (8), azərbaycanlılar (63), ərəblər (5), ermənilər (233), assuriyalılar (52), beloruslar (57), yunanlar (6), gürcülər (38), yezidilər (300), inquşlar (5), kabardinlər (12), qazaxlar (27), kalmıklar (6), qaraçaylılar (28), koreyalılar (226), qumuqlar (302), laklar (111), ləzgilər (80), moldavanlar (86), mordvalılar (7), almanlar (39), noqaylar (27), osetinlər (10), tabasaranlılar (212), taciklər (6), tatarlar (46), türkmənlər (24), özbəklər (8), ukraynalılar (139), saxurlar (5), qaraçılar (246), çeçenlər (254), çuvaşlar (15), digər cavab verənlər (36), milliyyətini bildirməyənlər (498) 3225 7,77 ümumi 41 499 100,00 Yerli özünü idarəetmə Rayon rəhbəri 2004-cü ildən - Anatoli Tokarev.

2017-ci ildən - Andrey İvanov. Bələdiyyə başçıları noyabr 2012-ə qədər - Sergey Lısenko

Noyabr 2012-dən - Nikolay Napxanyuk Yaşayış məntəqələri Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 21 yaşayış məntəqəsini əhatə edir. Rayonla əlaqəli insanlar Sovet İttifaqı qəhrəmanları: İvan Puxov, Aleksandr Sitkovski.

Sosialist Əməyi Qəhrəmanları: А. S. Artyomov, M. M. İvçenko, A. A. Kozlova, E. P. Kuklanova, M. İ. Potrayanko, A. Y. Yunusov

İstinadlar

Mənbə

Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər