Böyükşəhər bələdiyyəsi — şəhər mərkəzi birdən çox bələdiyyəyə bölünmüş və sıx vilayətlərdə bələdiyyə xidmətlərini tam şəkildə davam etdirmək və koordinasiyanı təmin etmək üçün qanunla qurulan dövlət idarəsi. 6360 saylı Türkiyə Böyükşəhər Bələdiyyəsi Qanununa görə, 750.000 nəfərdən çox əhalisi olan vilayət bələdiyyələri, böyükşəhər bələdiyyələrinə çevrilir. Orqanları Böyükşəhər Bələdiyyə Başçısı, Böyükşəhər Bələdiyyə Məclisi və Böyükşəhər Bələdiyyə Komitəsidir. Böyük şəhərlər arasında İstanbul əhalisi 15 milyon, Ankara 5 milyon, İzmir 4 milyon və Bursa əhalisi 3 milyonu keçmişdir. Antalya, Adana, Konya, Şanlıurfa və Qaziantepdə isə əhalinin sayı 2 milyondan yuxarıdır. 30 böyükşəhər bələdiyyəsi hüdudlarında yaşayan əhali 64 milyonun üzərindədir. Başqa sözlə, böyük bələdiyyələrin sərhədləri daxilində yaşayan əhali ölkənin ümumi əhalisinin təqribən 78 faizini təşkil edir. Digər 51 vilayətin əhalisinin ümumi əhaliyə nisbəti isə təxminən 22%-dir. 2009-cu ildə, 16 böyük şəhər tabeliyində 146 ilçə bələdiyyəsi mövcud olmuşdur. Ən çox ilçə bələdiyyəsinə sahib olan vilayət, 39 ilçəylə İstanbul olmuşdur. İstanbulu 22 ilçə ilə İzmir, 16 ilçə ilə Ankara, 12 ilçə ilə Kocaeli və 10 ilçə ilə Sakarya izləyir. Digər böyük şəhər ilçələrinin sayı isə bu şəkildədir: Bursa 7; Adana, Antalya və Kayseri 5; Diyarbəkir, Mersin və Samsun 4; Konya və Ərzurum 3; Dənizli, Qaziantep, Qəhrəmanmaraş, Əskişəhər, Hatay, Manisa, Şanlıurfa, Van 2. Tarixçə thumb|Vilayətlərin böyükşəhər bələdiyyəsi statusu alma tarixləri|250px Böyükşəhər bələdiyyələri 1982-ci il konstitusiyasının 127-ci maddəsinə əsasən "böyük yaşayış məntəqələrində xüsusi idarəetmə formaları qurula bilər" maddəsi əsasında qurulmağa başlamışdır. İlk böyükşəhər bələdiyyələri 1984-cü ilin yanvarında 2972 saylı qanunla qüvvəyə minmiş və mart ayında çıxarılan 195 saylı fərman-qanuna əsasən üç böyük şəhərdə qurulmuşdur. Bu üç şəhər, İstanbul, Ankara və İzmir olmuşdur. 1986-1988-ci illər ərzində daha beş böyükşəhər bələdiyyəsi quruldu. 1986-cı ildə 3306 saylı qanun ilə Bursa, 3391 saylı qanun ilə Qaziantep, 3398 saylı qanun ilə Konya, 3399 saylı qanun ilə Kayseriyə böyükşəhər statusu verilmişdir. Türkiyədə yüksək əhali artımı və şəhərləşmə olduğu üçün şəhər əhalisində böyük artım baş verdi. 1993-cü ilə qədər daha yeddi yeni böyükşəhər bələdiyyəsi quruldu. Bu yeddi böyük şəhər: Antalya, Diyarbəkir, Əskişəhər, Ərzurum, Mersin, Kocaeli və Samsun olmuşdur. 2012-ci ildə çıxarılan 6360 saylı qanunla, böyükşəhər bələdiyyəsi sərhədləri üçün yeni meyarlar təyin edildi. Bu meyarlara əsasən böyük şəhər meyarlarından biri olan əhali sayı 750.000-ə endirildi. Bu qanunla böyük şəhər bələdiyyələrinin məsuliyyət bölgələri vilayət inzibati sərhədlərinə qədər genişləndirilmiş və ona bağlı olan bütün bölgələr böyükşəhər bələdiyyəsi məsuliyyətinə verilmişdir. Dövrün baş naziri Rəcəb Tayyib Ərdoğan, 2011-ci ilin may ayında Qəhrəmanmaraşda baş tutan mitinqində 750.000-dən çox əhalisi olan böyük şəhərlərin inşası haqqında qanun layihəsi hazırladıqlarını bildirdi. 12 noyabr 2012 tarixində Böyükşəhər Qanun layihəsi Baş Məclisdə qəbul edilmişdir. Bu qəbul edilən qanun layihəsilə birlikdə Şanlıurfa, Hatay, Manisa, Balıkəsir, Qəhrəmanmaraş, Van, Aydın, Dənizli, Təkirdağ, Muğla, Mardin, Malatya, Trabzon və Ordu böyükşəhər statusu əldə etmişdir.

Mersin şəhəri İçel vilayətinin mərkəzi olmuşdur. 2002-ci ildə çıxarılan 4764 saylı qanunla İçel əvəzinə Mersin vilayət adı istifadə edilməyə başlandı. Bu səbəbdən də böyük şəhərin adı Mersin Böyükşəhər Bələdiyyəsidir. İzmit şəhəri Kocaeli vilayətinin mərkəzi olmuşdur. Yeni şəhər bölgələrinin qurulması ilə əlaqədar 5747 saylı qanunda böyük şəhərin adı Kocaeli Böyükşəhər Bələdiyyəsi olaraq dəyişdirilmişdir. Adapazarı şəhəri Sakarya şəhərinin mərkəzi olmuşdur. Yeni şəhər ərazilərinin yaradılması ilə əlaqədar 5747 saylı qanunda böyük şəhərin adı Sakarya Böyükşəhər Bələdiyyəsi olaraq dəyişdirilmişdir. Siyahı 150pxAdana Böyükşəhər BələdiyyəsiAdana19862.237.94013,844 km²Zeydan Karalar2 Ankara Böyükşəhər BələdiyyəsiAnkara19845.639.07625.632 km²Mansur Yavaş350pxAntalya Böyükşəhər BələdiyyəsiAntalya19932.511.70020.909 km²Mühittin Böcek450pxAydın Böyükşəhər BələdiyyəsiAydın20121.110.9728.116 km²Özləm Çərçioğlu550pxBalıkəsir Böyükşəhər BələdiyyəsiBalıkəsir20141.228.62014.272 km²Yücəl Yılmaz650pxBursa Böyükşəhər BələdiyyəsiBursa19873.056.12010.882 km²Əlinur Aktaş750pxDənizli Böyükşəhər BələdiyyəsiDənizli20121.037.208798 km²Osman Zolan850pxDiyarbəkir Böyükşəhər BələdiyyəsiDiyarbəkir19931.756.35615.272 km²Münir Qaraloğlu950pxƏrzurum Böyükşəhər BələdiyyəsiƏrzurum1993762.06225.355 km²Mehmet Sekmən1050pxƏskişəhər Böyükşəhər BələdiyyəsiƏskişəhər1993887.47513.925 km²Yılmaz Böyükərşən1150pxQaziantep Böyükşəhər BələdiyyəsiQaziantep19872.069.3646.803 km²Fatma Şahin1250pxHatay Böyükşəhər BələdiyyəsiHatay20121.628.8945.524 km²Lütfi Savaş1350pxİstanbul Böyükşəhər Bələdiyyəsiİstanbul198415.519.2675.461 km²Əkrəm İmamoğlu1450pxİzmir Böyükşəhər Bələdiyyəsiİzmir19844.367.25111.891 km²Tunç Soyər1550pxMaraş Böyükşəhər BələdiyyəsiQəhrəmanmaraş20121.154.10214.525 km²Xeyrəddin Güngör1650pxKayseri Böyükşəhər BələdiyyəsiKayseri19881.407.40917.170 km²Məmduh Böyükqılınc1750pxKocaeli Böyükşəhər BələdiyyəsiKocaeli19931.953.0353.397 km²Tahir Böyükaxar1850pxKonya Böyükşəhər BələdiyyəsiKonya19872.232.37440.001 km²İbrahim Altay1950pxMalatya Böyükşəhər BələdiyyəsiMalatya2012800.16512.146 km²Səlahaddin Gürkan2050pxManisa Böyükşəhər BələdiyyəsiManisa20121.440.61113.339 km²Cengiz Ergün2150pxMardin Böyükşəhər BələdiyyəsiMardin2012838.7788.858 km²Mahmud Dəmirdaş2250pxMərsin Böyükşəhər BələdiyyəsiMersin19931.840.42515.620 km²Vahab Seçər2350pxMuğla Böyükşəhər BələdiyyəsiMuğla2012983.14212.654 km²Osman Gürün2450pxOrdu Böyükşəhər BələdiyyəsiOrdu2013771.9325.952 km²Hilmi Gülər2550pxSakarya Böyükşəhər BələdiyyəsiSakarya20001.029.650 4.878 km²Əkrəm Yücə2650pxSamsun Böyükşəhər BələdiyyəsiSamsun19931.348.5429.725 km²Mustafa Dəmir2750pxŞanlıurfa Böyükşəhər BələdiyyəsiŞanlıurfa20122.073.61419.541 km²Zeynəl Bəyazgül2850pxTəkirdağ Böyükşəhər BələdiyyəsiTəkirdağ20121.055.4126.339 km²Qədir Albayraq2950pxTrabzon Böyükşəhər BələdiyyəsiTrabzon2012807.9034.662 km²Murad Zorluoğlu3050pxVan Böyükşəhər BələdiyyəsiVan20121.136.75721.334 km²Mehmet Emin Bilməz

Həmçinin bax Türkiyənin inzibati bölgüsü Türkiyə şəhərləri İstinadlar

Xarici keçidlər Türkiyə Bələdiyyələr Birliyi

Kateqoriya:Türkiyə bələdiyyələri Böyükşəhər bələdiyyəsi