Qədir Mirzə Əli (, ; ) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidirГосударственный Гимн .. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir.

Həyatı Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır.Мырзалиев Кадыр (1935) .

1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi. Təhsil aldıqdan sonra uzun illər jurnalistikayla məşğul oldu. 1958—1962-ci illərdə "Baldırqan" ("Uşaq") uşaq jurnalının ədəbi əməkdaş kimi işləmişdir. 1962—1965-ci illərdə şeir və tənqid şöbəsinin müdiri, "Juldız" (Ulduz) jurnalının icraçı katibi olmuşdur. 1968—1973-cü ildə "Jazuşı" ("Yazıçı") nəşriyyatının poeziya redaksiyasının rəhbəri idi. 1973—1978-ci illərdə Qazaxıstan Yazıçılar Birliyinin şeir şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ildə Qazaxıstan Respublikası Ali Şurasının Milli Siyasət, Mədəniyyət və Dil Komitəsi sədrinin müavini oldu. 1994-cü ildə Qazaxıstan Respublikasının xalq deputatı seçilmişdir.Ушел из жизни народный писатель Казахстана Кадыр Мырзалиев — Казинформ, 24.01.2011.

2011-ci il yanvarın 23-dən 24-nə keçən gecə vəfat etdi.

İstinadlar

Kateqoriya:Qazaxıstan şairləri Kateqoriya:Qazaxıstan yazıçıları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları