Pavel Qriqoryeviç Antokolski (; ) — rus sovet şairi, tərcüməçi və dramaturq.

Həyatı Pavel Antokolski Sankt-Peterburqda daimi vəkil və daimi stryapçi köməkçisi Gerşon Movşeviç Antokolski (1864—1941)Метрические данные доступны на сайте еврейской генеалогии JewishGen.org. В профессиональных документах имя указывастся как Герасим Моисеевич Антокольский, в записи о рождении в канцелярии виленского городского раввина от 27 июля 1864 года — Гершон Мовшевич Антокольский, в записях о рождении детей — попеременно Герасим (1900) и Григорий (1903) Антокольский. və Olqa Pavlovna Antokolskaya (? -1935) ailəsində anadan olmuşdur. Atası özəl firmalarda işləmiş, daha sonra 1933-cü ilə qədər sovet müəssisələrində xidmət etmişdir. Anası Fröbel kurslarına gedirdi. Ailə Vilne şəhərində yaşayırdı, burada onun Yevgeniya (1900), Nadejda (1903) və Mariya adlarında bacıları dünyaya gəlmişdilər. 1904-cü ildə ailə Moskvaya köçdü, burada gələcək şair özəl gimnaziyaya girdi. 1915-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxudu (məzun olmadı).

1918-ci ildə onun yazıları nəşr olunmağa başlandı. 1922-ci ildə ilk şeirlər kitabını nəşr etdi. Yevgeni Vaxtanqovun rəhbərlik etdiyi Tələbə Dram Teatrında dərslərə qatılırdı. 1919—1934-cü illərdə dram studiyasında rejissor kimi çalışırdı, sonradan bu yer Vaxtanqovun adına Teatra çevrildi. Bu studiya üçün "İnfantanın kuklası" (1916) və "Yuxuda nişan" (1917-1918) daxil olmaqla üç pyes yazdı.. İnqilab zamanı Marina Svetayeva ilə dost idi.

Məbəd cəngavərləri ordeninin tarixi və mənəvi həyatı ilə maraqlanırdı; mistik fikirlərin təsiri altında Herbert Uellsin "Yatmış oyananda" romanının teatr (E. Vaxtanqov adına Teatr) üçün səhnələşdirməsini yazdı.Никитин А. Л. Мистики, розенкрейцеры и тамплиеры в Советской России: Исслед. и мат. М., 1998.

Böyük Vətən Müharibəsi illərində cəbhə teatrına rəhbərlik etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1945-ci ilin yazında V. P. Çkalov adına Tomsk Regional Dram Teatrının rejissor kimi Tomska gəldi.История Томска , tomskhistory.lib.tomsk.ru

Fransız, bolqar, gürcü, azərbaycan şairlərinin əsərlərini tərcümə etmişdir. Tərcümələr arasında Viktor Hüqonun "Ölümə məhkum edilmişin son günü" hekayəsi və eyni müəllifin "Kral əylənir" romantik dramı da var idi.

Pavel Antokolski 9 oktyabr 1978-ci ildə vəfat etdi. Moskvada, Vostryakovskoye qəbiristanlığında, on il əvvəl vəfat etmiş həyat yoldaşı və muzası, Vaxtanqov studiyasının aktrisası Zoya Bajanovanın yanında dəfn olundu.

İstinadlar

Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:Rus şairlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Dramlar