Sumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (; ) — Abbasi sərkərdəsi.

Həyatı O, İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan ( 685–705) Sumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin ( 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür.

İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir. O həmçinin, 779-cu ildəki yürüşün rəhbəri təyin edilmiş, ancaq, Əl-Təbəriyə görə, uğursuz bir sərkərdə olduğundan əl-Həsən ibn Qəhtəbə ilə əvəz edilmişdir.

İbn əl-Vəlid haqqında başqa bir məlumat yoxdur, lakin onun oğlu Osman Kinnəsrinin yerli liderlərindən biri idi. O, Dördüncü fitnə zamanı yaranan nizamsızlıqdan istifadə edərək demək olar ki, müstəqil şəkildə hakimiyyət sürmüşdür.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Abbasi sərkərdələri Kateqoriya:Ərəb generallar Kateqoriya:Qətafan Kateqoriya:VIII əsr ərəbləri