Belarusda Prezident seçkiləri 2020 — Belarus ərazisində baş tutan növbəti (altıncı) Prezident seçkiləri. Prezident seçkilərinin Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 08.05.2020-ci il tarixli Qərarına əsasən 2020-ci il avqustun 9-da baş tutması qərara alındı.

Tarixçə Belarus Konstitusiyasına əsasən 2020-ci ildə Belarusda Prezident seçkiləri baş tutmalı idi. 2020-ci il mayın 8-də Belarus Milli Məclisin Nümayəndələr Palatasının Prezident seçkilərinin 9 avqust 2020-ci il tarixinə təyin edilməsini qərara aldı.

10–15 mayda təşəbbüs qruplarının qeydiyyata alınması üçün MSK-ya müraciətlər göndərildi. Nəticədə 55 təşəbbüs qrupunun qeydiyyata alınması ilə bağlı müraciət göndərildi.

MSK-nın mayın 15-də, 18-də və 20-də baş tutan üç iclasının nəticəsində təşəbbüs qruplarının müraciətlərinə baxıldı. Nəticədə 55 təşəbbüs qrupunun 15-i qeydiyyata alındı, 40 müraciətə isə "mənfi" cavab verildi.

Mayın 22-də MSK tərəfindən ərazilər üzrə Dairə Komissiyaları yaradıldı.

Mayın 28-də Qrodno şəhərində mitinq zamanı Svetlana Tixanovskayanın lideri olduğu təşəbbüs qrupunun üzvü Sergey Tixanovskidə daxil olmağla 10 nəfər saxlanıldı.

Təqvim TarixPlan8–20 mayDSK-ların formalaşdırılması20 may — 7 iyunMəntəqələrinin hazırlanması7 iyun — 24 iyunMnSK-ların formalaşdırılması21 may — 20 iyunPrezidentliyə namizədlərin irəli sürülməsi20 iyun — 4 iyulPrezidentliyə namizədlərin sənədlərin MSK-ya tədim edilməsi5 iyul — 14 iyulPrezidentliyə namizədlərin qeydə alınması15 iyul — 8 avqustTəbliğat-təşviqat işlərinin aparılması4 avqust — 8 avqustNövbədənkənar səsvermə9 avqustSəsvermə günü9 avqust — 19 avqustMSK tərəfindən nəticələrin elan edilməsi9 avqust — 23 avqust2-ci tur səsvermənin aparılması (Zərurət yaransa)

Namizədlər

Qeydə alınan namizədlər SıraNamizədPartiyaTərcümeyi-halı1.118x118px|alt=Aleksandr LukaşenkoBitərəf1954-cü ildə anadan olub. Milliyyətcə belarusdur. 1975-ci ildə A. Kuleşov adına Mogilyov Dövlət Universitetini, 1985-ci ildə isə Belarus Kənd Təsərrüfatı Universitetini bitirib. İxtisasca tarixçi və iqtisadçıdır. 1975–1977-ci illərdə Sərhəd Qoşunlarında, 1980–1982-ci illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olub. 1990-cı ildə Belarus Ali Sovetinin deputatı, 1994-cü ildə isə Belarus Ali Sovetinin sədri seçilib. 1994-cü ildən Belarusun Prezidentidir. 1994, 2001, 2006, 2010 və 2015-ci illərdə yenidən Belarus Prezidenti seçilib. Bitərəfdir. Ailəlidir, üç oğlu var.2.Andrey DmitriyevBitərəf1981-ci ildə anadan olub. Milliyyətcə belarusdur. 2015-ci ildə Litvada Avropa Humanitar Universitetini (EHU) bitirib. İxtisasca politoloqdur. 2019-cu ildən "Həqiqəti Söylə" Araşdırma və Təhlil İctimai Birliyinin həmsədridir. Bitərəfdir. Ailəlidir, üç oğlu var.3.118x118px|alt=Anna KanopatskayaBitərəf1976-cı ildə anadan olub. Milliyyətcə belarusdur. Belarus Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. Biznes fəaliyyəti ilə məşğuldur. 2016–2019-cu illərdə Belarus Milli Məclisinin Nümayəndələr Palatasının üzvü olub. Bitərəfdir. Ailəlidir, bir oğlu və bir qızı var.4. Sergey ÇereçenBSDP1985-ci ildə anadan olub. Milliyyətcə belarusdur. Belarus Dövlət İnformasiya və Radio Universitetini bitirib. İxtisasca telerabitəçidir. Biznes fəaliyyəti ilə məşğuldur. "C58 Technologies" MMC-nin sədridir. 2018-ci ildən Belarus Sosial-Demokrat Partiyasının (BSDP) sədridir. BSDP üzvüdür. Ailəlidir, bir qızı var.5.120x120px|alt=Svetlana TixanovskayaBitərəf1982-ci ildə anadan olub. Milliyyətcə belarusdur. Mozir Dövlət Pedaqoji Universitetini bitirib. İxtisasca ingilis dili və alman dili müəllimidir. İrlandiyanın "Chernobyl Life Line" xeyriyyə cəmiyyətində ingilis dili tərcüməçisi olaraq çalışıb. Bitərəfdir. Ailəlidir, 2 övladı var.

9 avqust gününün xronologiyası

Nəticələr SıraNamizədPartiyaSəslərin nəticələriSəslər%1.Aleksandr LukaşenkoBitərəf4 652 42282.222.Svetlana TixanovskayaBitərəf574 3129.903.Anna KanopatskayaBitərəf97 9261.684.Sergey ÇereçenBSDA65 78400.005.Andrey DmitriyevBitərəf60 54200.00

Ərazilər üzrə nəticələr SıraƏraziSeçici fəallığı (%)80x80px|alt=80x80px|alt= 82x82px|alt=Səslər%Səslər%Səslər%Səslər%Səslər%1.Brest vilayəti00000000002.Vitebsk vilayəti00000000003.Qomel vilayəti00000000004.Qrodno vilayəti00000000005.Minsk vilayəti00000000006.Mogilyov vilayəti00000000007.Minsk şəhəri0000000000Ümumi0000000000

İstinadlar

Kateqoriya:2020-ci ildə Belarus Kateqoriya:2020-ci ildə seçkilər Kateqoriya:Belarusda seçkilər