Minq Şa döyüşü – 17 yanvar 707-ci ildə Qapağan xaqan komandanlığındakı Göytürk ordusu ilə Çaça Sengün komandanlığı altındakı Tan ordusu arasında baş vermis döyüşdür.

Arxa plan 704-cü il başladığında Çində iqtidar dəyişikliyi olmuş və Zhou imperatriçası Vu Zetian taxtı Chunq Tsunqa vermişdi. Yeni Tan imperatoru əvvəlki Zhou imperatriçasına nəzərən göytürklərə qarşı mənfi münasibət bəsləyirdi. Bu ani siyasi dəyişiklik Qapağan xaqanı qəzəbləndirdi. Qapağan xaqan Çin üzərinə səfərə çıxmağa qərar verdi.

Döyüş Qapağan xaqan komandanlığındakı Göytürk ordusunda Kültigin və Bilgə Şad da var idi. Göytürk ordusu Çində Linq əyalətinin Minq Şa nahiyyəsinə hücum etdi. Burada Göytürk ordusunu Tan sülaləsi tərəfindən göytürklər üzərinə göndərilmiş Çaça Sengün komandanlığındakı 80.000 nəfərlik Tan ordusu qarşıladı. Kültigin abidəsində Kültiginin döyüşdəki rolundan belə bəhs edilir:

Çaça Sengün məğlub olacağını başa düşdükdən sonra döyüş meydanından qaçdı. Ancaq döyüş meydanındakı çinli əsgərlər göytürklərə qarşı sonuna qədər müqavimət göstərsələr də, ağır məğlubiyyətə məruz qaldılar. Minlərlə çinli əsgər öldürüldü. Bəzi qaynaqlarda 30.000 çinli əsgərin öldürü bildirilmişdir. Bilgə xaqan da, öz abidəsində o ordunu orada yox etdiklərini bildirmişdi. Çinli komandan Çaça Sengün bu məğlubiyyətə görə mühakimə edilsə də, sərbəst buraxıldı. Bu döyüşdən təkcə Çin qaynaqları deyil, türk qaynaqları da bəhs etmişdir. Bir Göytürk abidəsi olan Kül Tigin abidəsi bu döyüşdən belə bəhs edir:

Bir başqa Göytürk abidəsi olan Bilgə xaqan abidəsində döyüşdən bu formada bəhs edilir:

Bu böyük qələbədən sonra Qapağan xaqan komandanlığındakı Göytürk ordusu irəli hərəkatına davam etdi. Yüan və Hui əyalətləri ələ keçirildi. Lunq-yu bölgəsi yağmalandı və 10.000-dən çox at ələ keçirildi. Döyüşdən sonra Tan imperatoru Chunq Tsunq əvvəllər imzalanmış evlilik müqaviləsini ləğv etdi və Qapağan xaqanı öldürənə zadəganlıq və 2.000 top ipək verəcəyini elan etdi. Döyüşdən sonra 707-ci ilin II ayının 17-ci günündə Tan imperatoru Chunq Tsunq göytürkləri məğlub etmə strategiyasını saray əyanları ilə müzakirə etməyə başladı. İmperatorun müşavilrərindən Lu Fu mübahisə zamanı bunları dedi:

Bundan əlavə, bu döyüş Tan ordusunun uzun müddət göytürklərə qarşı gücdən istifadə etmə cəsarətini göstərə bilməməsi ilə nəticələnmişdir.

Həmçinin bax Bayırku yürüşü

Bolçu döyüşü

Qapağan xaqan

İstinadlar

Kateqoriya:Çindəki döyüşlər Kateqoriya:Göytürk xaqanlığı Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:707-ci ildəki hadisələr