Riza Emir oğlu Fazıl () — krım tatar yazıçısı və jurnalisti. Krım Tatar Yazıçılar Birliyinin sədri (2008—2016). Özbək SSR-nin əməkdar mədəniyyət işçisi (1973). Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010).
Həyatı 1944-cü ildə Krımdan deportasiya edilən Krım tatarlarının bir hissəsi ilə birlikdə Kostroma vilayətinin Makarevski rayonuna köçürüldü. 1955-ci ildə Kostroma Sovet Ticarət Texnikumunu bitirmişdir. 1959-cu ildə Səmərqənd Sovet Ticarət İnstitutunun İqtisadiyyat şöbəsini bitirdi.Риза Фазыл // Писатели Советского Узбекистана. Библиографический справочник, Ташкент, 1977 Təhsilini bitirdikdən sonra bir müddət Qırğızıstanın Oş şəhərində müfəttiş və baş mühasib kimi işlədi.
1965-1980-ci illərdə Daşkənddə mərkəzləşən "Lenin bayrağı" adlı krım tatar qəzetinin tərcüməçi və şöbə müdiri vəzifələrində çalışmışdır. Krıma qayıtdıqdan sorna 1980-1994-cü illərdə "Yıldız" (Ulduz) jurnalının nəşriyyatında poeziya şöbəsinə rəhbərlik etmiş və məsul katibi olmuşdur.
2008-ci ildə Krım Tatar Yazıçılar Birliyinə rəhbərlik etmişdir. Krım tatar ədəbiyyatının populyarlaşdırılması ilə məşğul idi.
Kamenka mikrorayonunun müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Yaradıcılığı İlk şeirlərini 1964-cü ildə "Lenin bayrağı" qəzetində çap etdirdi. 1970-ci ildə onun "Navrez" (Novruz) adlı ilk şeir toplusu nəşr olundu. Şifahi xalq yaradıcılığının tədqiqi ilə məşğul olurdu, 1971-ci ildə krım tatar dilində "Kayda birlik — anda tirilik" ("Birlik olduğu yerdə güc olar") adlı zərbi-məsəl toplusnu nəşr etdi. 1976-cı ildə qadın cəbhəçi əsgərlər haqqında "Analar yaş ekende" ("Analar gənc olanda") xülasələr toplusunu nəşr etdi. "Tuvgan edebiyat" ("Doğma ədəbiyyat) adlı krım-tatar ədəbiyyatı üzrə dərslik və Aşik Umerin "Saylama Yeserler" seçilmiş əsərlərindən ibarət iki cildlik kitab hazırlamışdır. Safter Nagaev ilə birlikdə "Kırımtatar ədəbiyyatı tarixinə bir nəzər" kitabını nəşr etdirdi.
Krımda İmam Abdulvait Saxtara ilə birlikdə Krım tatar dilinə "Buyurynız duaga!" ("Müsəlman ayinlərinin qaydalar və üsulları") və "Quran"ı" tərcümə etmişdir.
Mükafatları
Özbəkistan SSR-nin əməkdar mədəniyyət işçisi (1973) Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010) Əşrəf Şemizadə adına krım tatar dilində ən yaxşı əsərə görə mükafat (2009) Ədəbiyyat sahəsində Krım Muxtar Respublikasının mükafatı (2011), şair Mustafa Cevherinin əsərlərinin nəşrinə görə
İstinadlar
Ədəbiyyat
Къырымтатар эдиплери. Симферополь. Таврия. 2000 г. Писатели Советского Узбекистана. Библиографический справочник, Ташкент, 1977
Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Özbəkistan yazıçıları Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:Ukrayna şairləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Özbəkistan jurnalistləri Kateqoriya:Ukrayna jurnalistləri Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Krım tatar yazıçıları Kateqoriya:Krım tatar şairləri Kateqoriya:Quran tərcüməçiləri