Bosniyalı Soyqırımı — Bosniya və Herseqovinada 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindənA Witness to Genocide: The 1993 Pulitzer Prize-Winning Dispatches on the "Ethnic Cleansing" of Bosnia, Roy Gutman müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlardır.John Richard Thackrah (2008). The Routledge companion to military conflict since 1945, Routledge Companions Series, Taylor & Francis, 2008, , . pp. 81,82 "Bosnian genocide can mean either the genocide committed by the Serb forces in Srebrenica in 1995 or the ethnic cleansing during the 1992–95 Bosnian War"

Bosniya serblərinin nəzarətində olan ərazilərdə baş verən etnik təmizləmə kampaniyası Bosniya müsəlmanları və Bosniya xorvatlarını hədəf aldı. Etnik təmizləmə kampaniyasına məhkumetmə, qanunsuz həbs, kütləvi təcavüz, cinsi təcavüz, işgəncə, şəxsi və ictimai əmlakın talan edilməsi və məhv edilməsi, mülki şəxslərə qarşı qeyri-insani rəftar; siyasi liderlərin, ziyalıların və mütəxəssislərin hədəf alınması; mülki şəxslərin qanunsuz deportasiyası və köçürülməsi; mülki şəxslərin qanunsuz atəşə tutulması; daşınmaz və şəxsi əmlakın qanunsuz mənimsənilməsi və talan edilməsi; evlərin və müəssisələrin dağıdılması; və ibadət yerlərinin dağıdılması daxil idi. Niyyət Bosniya müsəlmanlarını məhv etmək olduğuna görə, bu hadisələrə soyqırım adı verilmişdir.ICTY; "Karadzic indictment. Paragraph 19" ICTY.org

İstinadlar

Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Yuqoslaviya tarixi