Səyyarə Cəmşid qızı İbadullayeva () — biologiya elmləri doktoru, professor, AR ETN Botanika İnstitutunun direktoru.

Həyatı Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. Universiteti bitirdiyi il Azərbaycan Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzində, daha sonralar isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyində kiçik elmi işçi kimi işləyib.

1993-cü ildə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini AMEA Eroziya və Suvarma İnstitutunda (Aqroekologiya Elm Mərkəzində) davam etdirib.

Təhsili 1990–1994-cü illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və Botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırğan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ildə AMЕA Botanika İnstitutunda əvvəlcə elmi fəaliyyət göstərib, daha sonra isə Botanika institutunun Etnobotanika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində "Azərbaycan florasının kərəvüzkimiləri — Apiaceae Lindl" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). 2012-ci ildə artıq yüksək elmi fəaliyyəti layiqincə qiymətləndirilmiş və professor elmi adına layiq görülmüşdür.

Oktyabrın 18-də AMEA Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir. 2021-ci il noyabr ayının 5-i professor Səyyarə İbadullayeva açıq səsvermənin sonunda yekdilliklə Botanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib.

Ailəsi Ailəlidir, 2 övladı var.

Fəaliyyəti Səyyarə İbadullayeva Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibini öyrənib, genezisi və formalaşması yollarını araşdırıb, itmək təhlükəsində olan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaları senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirmişdir. O, bu sahədə indiyədək 500-ə qədər çöl tədqiqatları aparıb, xüsusən Qoruq və Yasaqlıqlarda flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsini həyata keçirib, mühüm xalq təsərrüfat əhəmiyyətli növləri aşkara çıxarıb, onların regionlar üzrə ehtiyatını öyrənib və itməkdə olan bitkilərin mühafizəsi üzrə tədbirlər kompleksi işləyib hazırlayıb. O cümlədən Şahbuz Dövlət Təbiət QoruğundaŞahbuz Dövlət Təbiət Qoruğunun flora və bitkiliyi. Əcəmi nəşriyatı, Naxçıvan-2014,523 s., Şahdağ Milli Parkında bitkilərin təbiətdə qurşaqlar üzrə yayılma qanunauyğunluqlarını, torpaqlara münasibətini öyrənib, Kür-Araz və Arazboyu düzənliklərdə səhralaşmanın yaranma səbəblərini araşdırıb və bu sahədə bir neçə beynəlxalq impact faktorlu jurnallarda məqalə nəşr etdirmişdir.

Pedaqoji fəaliyyətləri 1992–1993-cü illərdə Naxçıvan Tibb Kollecində, 2007–2008-ci illərdə Odlar Yurdu Universitetində, 2012–2013-cü illərdə isə Sumqayıt Dövlət Universitetiində dərs deyib. İndiyə kimi Səyyarə İbadullayeva 13 nəfər biologiya üzrə fəlsəfə doktoru, 4 nəfər elmlər doktoru yetişdirmişdir.

Elmi fəaliyyətləri Səyyarə İbadullayeva 1999–2018-ci illərdə Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən müdafiə şurasının elmi katibi, 1999–2018-ci illərdə AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi, 2012–2015-ci illər həmin İnstitutun Elmi Əsərlər Toplusunun redaktor müavini, 2016–2021-ci illərdə redaksiya heyətinin üzvü; 2021 toplunun redaktoru və AMEA Biologiya Bölməsində biologiya seksiyası üzrə sədr, Problem Şurasının sədr müavini və Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Biologiya və Aqrar elmləri üzrə ekspert (2018–2019-cu illər), AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının üzvü (2017–2020-ci illər), Scientific journal of Academic research. Multidisciplinary Journal. BLACK SEA. Tbilisi, Georgia beynəlxalq redaksiya heyətinin üzvüdür.

Əsas elmi nailiyyətləri Azərbaycan florasında bir sıra fəsilələrin taksonomik tərkibi və biоеkoloji xüsusiyyətlərini müəyyənləşdirmiş, mühüm xalq təsərrüfatı əhəmiyyətli növlərin regionlar üzrə ehtiyatını öyrənmişАМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, № 2, səh. 69–75 (2013) http://www.jbio.az/uploads/journal/416f0c1a62086fd4b8beac283449d8ac.pdf və ilk dəfə olaraq itməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksini işləyib hazırlamış, bəzilərini Azərbaycanın "Qırmızı kitab"ının II nəşrinə daxil etmişAzərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013, 40-dan çox növ barədə əlavə tövsiyə vermişdir. Tədqiqatlara əsasən "Gəncə-Qazax bölgəsinin nadir bitkiləri" kitabını tərtib etmişdirBabakişiyeva T., İbadullayeva S. Gəncə-Qazax ərazisinin nadir bitkiləri. 2021, 250s.. Naxçıvan MR florası üçün 1 (Viscum album L.)Ибадуллаева С. Дж., Viscum album–новый вид для флоры Нахчыванской Автономной Республики Азербайджана // Ботанический журнал, № 10, Санкт-Петербург- 2012. Azərbaycan florası üçün 2 (Thymus hyemalis Lange., Salvia modesta Boiss.)Ибадуллаева С. Дж., Akbarov R., Qasımov H. Thymus hyemalis Lange (Lamiaceae) — новый вид для флоры Азербайджана. Ботанический журнал, № 7, 2014, C.825–827Ibadullayeva, S., & Alakbarov, R. (2020). Salvia modesta Boiss. (Lamiaceae) — New Species for the Azerbaijan Flora. Bulletin of Science and Practice, 6(5), 53–57. (in Russian) və Qafqaz florası üçün 1 (Helasciadium nodiflorum)Пименов М. Г., Ф. Х Набиева. В. Дегтярева, Ибадуллаева С. Д., ГА. Ш. Ибрагимов, П. В. Зулфугарова, Т. Х. Самигуллин. Helasciadium nodiflorum- Новые род и вид Umbelliferae для флоры Азербайджана и всего Кавказа / Бот.журнал, Санкт-Петербург, 2018 103(4), стр.517–528 yeni bitki növü aşkar etmişdir.

Azərbaycan florasına kərəvüzkimilər fəsiləsindən 6 cins, 23 növ və 1 yarımnöv, dalamazkimilər fəsiləsindən 2 növün ilk dəfə təsvirini vermişdir. Apiaceae, Malvaceae, Lilaceae, İridaceae, Polygonaceae fəsilələrinin təyinedicilərini tərtib etmiş, bioekologiyasını, fitosenologiyasını və təsərrüfat əhəmiyyətini öyrənmiş, 300-ə qədər növün areal xəritəsini tərtib etmişdirSayyara J Ibadullayeva. Ethnobotany of Local used Medicinal Plants in Azerbaijan Republic / Journal of Medicine and Biology. Research Article |2020. Vol 2 Iss 2, p.-72–81.

Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyi aşkar edilmişdir. Baldırğan cinsinin 5 növünün kök və toxumlarından elm üçün yeni 15 fərdi maddə almışdırSerkerov S. Эфирные масла Heracleum antasiaticum Manden. // Журнал Химия Природных Соединений, № 2, 2000Serkerov S. Кумарины Heracleum pastinacifolium // Жур. Химия Природных Соединений, № 5, −2000.

Azərbaycan florasında 85 növdə efir yağı müəyyən etmiş, onların ekoloji şəraitdən asılı olaraq dinamikada öyrənmiş, komponent tərkibini aşkar etmişdir. Tədqiqatlar nəticəsində bozqırlarda rast gələn növlərin 72–75%-in bütün orqanlarındaPhytocoenology assessment of Melilotus Hill types in Bozgyr plateau. PROCEEDINGS OF THE INSTITUTE OF BOTANY, ANAS, 2017, vol. XXXVII, pp. 59–64, meşədə olan növlərin (39–42%) çiçək və toxumunda efir yağı toplanmasını aşkar etmiş, efir yağlarının antimikrob xüsusiyyətlərini təyin etmişdirAntimicrobe characteristics of essential oils of some species of the Nepeta L. genus. Journal of Medicinal Plants Research Vol. 5(17), pp. 4369–4372, 9 September, 2011 https://academicjournals.org/journal/JMPR/article-full-text-pdf/B86D57424096.pdf .

Azərbaycan florasında faydalı bitkiləri etnobotaniki təhlil etmiş, yabanı tərəvəzlərə aid 200, yem kimi istifadə edilən 330, dərman bitkilərindən 500-ə qədər növün areallarını, populyasiyalarının müasir vəziyyətini və bitkilik tipində rolunu müəyyənləşdirmişdir. Təbii fitosenozlarda antropogen amillərə məruz qalan növləri ilk dəfə olaraq reintroduksiya etmiş, onları təbiətdəki ilkin vəziyyətlərinə qaytarmışdır. Xalq təbabətində etnik üsullarla istifadə edilən bitkilər barədə bölgələrdən məlumatlar toplamış və buna aid 5 kitab nəşr edilmişdir.

Bütöv Azərbaycan regionu (İran İslam Respublikası və Azərbaycan Respublikası) üzrə xalq təbabəti üsullarının eyniliyini sübut edən "Folk medicine" kitabını nəşr etmişdirIbadullayeva S. C., Jafarli İ., Zaifizadeh M., S. Sh. Asbaghian Namin Folk medicine (Ethnobotany in Azerbaijan Region). İİR, Tehran-2017, 288p..

Müştərək tədqiqatlarla bitkilərdən alınan efir yağlarının və ekstraktların baytarlıq təbabətində helmintozlara və digər xəstəliklərə qarşı istifadəsi aşkarlamışdırStudy of Treatment Advantage of Medicinal Herbs with Antihelmintic Effect against Neoascariasis. International Journal of Research Studies in Biosciences (IJRSB), vol.3, issue 1, 2015, pp. 78–81

http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.684.296&rep=rep1&type=pdf . Otlaq və biçənəklərin yem keyfiyyəti, məhsuldarlığı və yem tutumunu hesablamış, səthi və kökündən yaxşılaşdırma sistemlərini hazırlamışdır.

Qoruq və Yasaqlıqlarda, o cümlədən Zəngəzur və Şahdağ Milli Parkında flora və bitkiliyini ekobotaniki tədqiq etmişdir.

Uzun illərdir ki, Səyyarə İbadullayeva bir sıra beynəlxalq elmi proqram, şəbəkə və cəmiyyətlərdə, o cümlədən Bitki Genetik Ehtiyatları (BGE) üzrə Avropa Əməkdaşlıq Proqramında (ECPGR), BGE üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsində tanınmış ekspert və peşəkar mütəxəssis kimi Azərbaycanı uğurla təmsil edir. O, Avropa Əməkdaşlıq Proqramında-ECPGR-ın "Dərman, Aromatik və Yabanı qida bitkilərin öyrənilməsi və qorunması" üzrə işçi qrupunun üzvüdür (2002-ci ildən), bu və ya digər nüfuzlu təşkilatların beynəlxalq tədbirlərində müntəzəm olaraq məruzələrlə çıxış edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Qida Siyasəti Araşdırma (keçmiş İPGRİ) İnstitutu nun, Biomüxtəliflik üzrə Beynəlxalq Konvensiyanın Azərbaycan və region üzrə hesabatlarının hazırlanmasında göstərdiyi fəaliyyət onu savadlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir alim kimi tanıtmışdır. 2018-ci ildən etibarən Azərbaycan Botaniklər Cəmiyyəti nin fəal üzvüdür.

Pandemiya dövründə həm xaricdə, həm ölkə daxilində antiviral və immunbərpaedicilər barədə əhalinin maarifləndirilməsi mövzusunda xaricdə nüfuzlu jurnalda məqalə nəşr etdirmişCOVID-19 prophylaxis efforts based on natural antiviral plant extracts and their compounds. Molecules, 2021, 26, 727 https://www.mdpi.com/1420-3049/26/3/727 və kütləvi informasiya vasitəsitələri ilə xalqa faydalı məsləhətlər vermişdirXalq təbabəti ilə müalicə koronavirusla mübarizədə nə dərəcədə təsirlidir? https://www.youtube.com/watch?v=V5nHz6yHqYs .

Səyyarə İbadullayeva Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu il 1-ci müsabiqəsinin "Qırmızı kitab"ın hazırlanması ilə bağlı (EİF-2010–1(1)- 40/26–3) və 2011-ci ildən " (This project is funded by Norwegian Ministry of Foreign Affairs) beynəlxalq layihənin iştirakçısıdır.

2011-ci ildə AMEA Botanika İstitutunda keçirilən "Faydalı bitkilərdən istifadənin aktual problemləri" mövzusunda Beynəlxalq konfransın ideyaçısı və təşkilatçısı olmuşdur.

Elmi əsərləri Səyyarə İbadullayeva 300-dən çox elmi əsərin, o cümlədən, 15 kitabın və 100-ə qədər xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.

Kitablar və monoqrafiyalar "Traditional folk medicine of Azerbaijanis" Baku-"Savad", 2024, 264. Sayyara Ibadullayeva Traditional Herbal Treatments in Karabakh-Azerbaijan. Kitab fəsli. Ethnic Knowledge and Perspectives of Medicinal Plants. 2023, 10.1201/9781003352983–5, chapter 3, pages 79–142. (Asgerova A. A., Huseynova A. E., Mammadov A. T., Huseynova İ. M.) An Overview of the Plant Diversity of Azerbaijan. Biodiversity, Conservation and Sustainability in Asia Volume 1: Springer-2021, Editors — Munir Öztürk, Volkan Altay, Recep Efe Pages 431–478. (İ. Huseynova)