thumb|Təzyiqədavamlı flansa malik əyilgən dalğaötürənin bir hissəsi Dalğaötürən — elektromaqnit və ya səs dalğalarının yayılmasını məhdudlaşdıran və minimum enerji itkisiylə istiqamətləndirən quruluş. Fiziki məhdudiyyətlər olmadıqda, üçölçülü fəzada dalğanın yayılma intensivliyi tərs kvadratlar qanunu üzrə azalır.

Müxtəlif növ dalğalar üçün müxtəlif növ dalğa ötürücüləri vardır. Orijinal və ən ümumi mənada dalğaötürən, yüksək tezlikli radiodalğaları, xüsusilə də mikrodalğaları ötürmək üçün istifadə edilən içiboş keçirici metal borudur.Institute of Electrical and Electronics Engineers, “The IEEE standard dictionary of electrical and electronics terms”; 6th ed. New York, N.Y., Institute of Electrical and Electronics Engineers, c1997. IEEE Std 100-1996. ISBN 1-55937-833-6 [ed. Standards Coordinating Committee 10, Terms and Definitions; Jane Radatz, (chair)] Daha yüksək radiotezliklər üçün dielektrik, işıq üçün isə şəffaf dielektrik dalğaötürənlərdən, yəni optik liflərdən istifadə edilir. Akustikada musiqi alətləri və səsucaldanlar üçün hava kanallarından və buynuzvarı (rupor) gövdədən, ultrasəslə emal üçün isə xüsusi formalı metal borucuqlardan səs dalğaötürəni kimi istifadə edilir. thumb|TE 31 modlu x-zolaqlı içi boş metal dalğaötürən daxilindəki elektrik sahəsinin Ex komponenti Dalğaötürənin həndəsəsi onun funksiyasını əks etdirir; dalğaları bir ölçüdə yönəldən daha yayğın növlərə əlavə olaraq, dalğaları iki ölçü ilə məhdudlaşdıran ikiölçülü təbəqəli dalğaötürənlər də var. Ötürülən dalğanın tezliyi dalğaötürənin ölçüsünü də müəyyən edir: hər bir dalğaötürənin ölçüsüylə müəyyən olunan limit dalğa uzunluğu var və daha böyük dalğa uzunluğuna malik dalğalar ötürülə bilmir; işığı istiqamətləndirən optik lif daha böyük dalğa uzunluğuna malik mikrodalğaları ötürə bilmir. Bəzi təbii quruluşlar özünü dalğaötürən kimi apara bilər. Okeandakı sualtı kanal təbəqəsi (SOFAR) balina səsini böyük məsafələrə yönəldə bilər.ORIENTATION BY MEANS OF LONG RANGE ACOUSTIC SIGNALING IN BALEEN WHALES, R. Payne, D. Webb, in Annals NY Acad. Sci., 188:110-41 (1971) Elektromaqnit dalğalarını müxtəlif en kəsikli dalğaötürənlərlə istiqamətləndirmək mümkündür. Sadəcə olaraq nizamsız formaları analiz etmək çətindir. Adətən düzbucaqlı və dairəvi formalı dalğaötürənlərdən istifadə olunur.

İş prinsipi thumb|Hava nəqliyyatına nəzarət radarındakı dalğaötürən və diplekser nümunəsi Dalğalar açıq fəzada sferik şəkildə yayılır. Dalğanın gücü mənbəyə qədər olan R məsafəsinin kvadratıyla tərs mütənasibdir (tərs kvadratlar qanunu). Dalğaötürən dalğanın bir ölçüdə yayılması üçün məhdudlaşdırır, beləliklə də dalğa ideal mühitdə yayılarkən heç bir güc itkisinə məruz qalmır. Divarlardan tam qayıtma səbəbiylə dalğalar dalğaötürən daxilində məhdudlaşmış olur.

İstifadə sahələri Hələ "dalğaötürən" termini meydana gəlməmişdən əvvəl siqnalların bu cür ötürülməsi məlum idi. Tarım çəkilmiş naqil, eləcə də mağarada və ya tibbi stetoskop kimi içi boş boruda səsin ötürülməsi hadisəsi çoxdan məlumdur. Dalğaötürənlərin digər istifadə sahələrinə radio, radar və ya optik cihazlar kimi sistemlərin komponentləri arasında gücün ötürülməsi daxildir. Dalğaötürənlər çoxsaylı qeyri-destruktiv qiymətləndirmə üsullarından biri olan istiqamətlənmiş dalğa sınağının (İDS) əsasını təşkil edir.

Xüsusi nümunələr:

Optik liflər işıq siqnallarını aşağı itki, geniş diapazon və faydalı dalğa uzunluqlarıyla uzaq məsafələrə ötürür.

Mikrodalğalı sobada maqnetronun yaratdığı dalğaların gücü dalğaötürən vasitəsiylə bişirmə kamerasına ötürülür.

Radiolokatorda (radarda) radiotezlikli enerji dalğaötürənin vasitəsilə antenaya ötürülür və burada effektiv güc ötürülməsi üçün impedans uyğunlaşdırılması aparılaraq yenidən antenadan qaytarılır. thumb|Arqonn Milli Laboratoriyasının Mütərəqqi Foton Mənbəyini enerji ilə təmin edən dalğaötürən Düzbucaqlı və dairəvi dalğaötürənlərdən parabolik antenaların elektronikasını, həmçinin aşağı küylü qəbulediciləri və ya güc gücləndiriciləri/vericiləri qidalandırmaq üçün geniş şəkildə istifadə edilir.

Dalğaötürənlərdən elmi tədqiqat işlərində materialların və obyektlərin optik, akustik və elastik xüsusiyyətlərini ölçmək üçün  istifadə edilir. Dalğaötürən nümunə ilə kontaktda ola bilər (ultrasonoqrafiyada olduğu kimi), bu halda dalğaötürən sınaq dalğasının gücünün saxlanmasını təmin edir və ya nümunə dalğaötürənin daxilinə yerləşdirilir (dielektrik sabitinin ölçülməsində olduğu kimiJ. R. Baker-Jarvis, "Transmission / reflection and short-circuit line permittivity measurements", NIST tech. note 1341, July 1990), beləliklə də daha kiçik obyektlər üçün dəqiqlik daha böyük olur.

Ötürmə xətləri (məsələn, koaksial kabellər) çox vaxt istifadə olunan xüsusi bir dalğaötürən növüdür.

Tarix Dalğaötürənin ilk konstruksiyası 1893-cü ildə Cozef Tomson tərəfindən təklif edilmiş və ilk dəfə 1894-cü ildə Oliver Lodc tərəfindən eksperimental şəkildə sınaqdan keçirilmişdir. Metal silindrdə yayılan dalğaların ilk riyazi təhlili 1897-ci ildə Lord Reley tərəfindən həyata keçirilmişdir.N. W. McLachlan, Theory and Applications of Mathieu Functions, p. 8 (1947) (reprinted by Dover: New York, 1964). Lord Reley bu sahədə cığır açmış əsəri “Səs nəzəriyyəsi”ndə yayılma modlarının tam riyazi təhlilini yayımladı.The Theory of Sound , by J. W. S. Rayleigh, (1894) Çaqadiş Çandra Boze dalğa ötürücülərindən istifadə edərək millimetrlik dalğa uzunluqlarını tədqiq etdi və Kəlküttədə apardığı tədqiqatın nəticələrini 1897-ci ildə Londondakı Kral İnstituna açıqladı.Emerson, D. T. (1997). "The work of Jagadis Chandra Bose: 100 years of MM-wave research" . 1997 IEEE MTT-S International Microwave Symposium Digest. IEEE Transactions on Microwave Theory and Research. Vol. 45. pp. 2267–2273. Bibcode:1997imsd.conf..553E . CiteSeerX 10.1.1.39.8748 . doi:10.1109/MWSYM.1997.602853. ISBN 9780986488511. S2CID 9039614 . reprinted in Igor Grigorov, Ed., Antentop , Vol. 2, No.3, pp. 87–96.

Dielektrik dalğaötürənlərinin tədqiqi (məsələn, optik liflər, aşağıya baxın) 1920-ci illərin əvvəllərində bir neçə nəfər tərəfindən başlamışdır, bunlardan ən məşhurları Reley, Zommerfeld və Debyedir.Advanced Engineering Electromagnetics 2009-05-14 tarixində Wayback Machine tərəfindən arxivləşdirilib, by C. A. Balanis, John Wiley & Sons (1989). Optik lif rabitə sənayesi üçün əhəmiyyətinə görə 1960-cı illərdə xüsusi diqqət görməyə başladı.

Radiorabitənin inkişafı qabaqca aşağı tezliklərdə baş verdi, çünki onlar böyük məsafələrə daha asan yayıla bilərdi. Uzun dalğa uzunluqları bu tezlikləri lazımsız böyük diametrli borular tələb etdiyi üçün içi boş metal dalğa aparatlarında istifadə üçün yararsız etdi. Nəticə etibarilə, içi boş metal dalğa aparatları üzrə tədqiqatlar dayandı və Lord Releyin işi bir müddət unudulmuş və başqaları tərəfindən yenidən “kəşf” edilməli olmuşdur. Praktiki araşdırmalar 1930-cu illərdə Bell Laboratoriyasında Corc Sautvort və MIT-də Uilmer L. Barrou tərəfindən bərpa edildi. Sautvort əvvəlcə nəzəriyyəni dielektrik çubuqlardakı dalğalar haqqında sənədlərdən götürdü, çünki Lord Releyin işi ona məlum deyildi. Bu onu bir qədər yanıltdı; təcrübələrinin bəziləri uğursuz oldu, çünki o, Lord Releyin işində artıq məlum olan dalğaötürənin limit tezliyi fenomenindən xəbərdar deyildi. Ciddi nəzəri çalışmalar Con R. Karson və Salli P. Mid tərəfindən başladıldı. Bu çalışma, dairəvi dalğaötürənin TE01 modu üçün itkilərin tezliyə nəzərən azaldığının kəşf edilməsinə səbəb oldu və bu kəşf bir vaxtlar uzaqməsafəli telekommunikasiya formatı üçün rəqib sayılırdı.Oliner, pp. 544-548

İkinci Dünya müharibəsində radarın əhəmiyyəti, ən azı Müttəfiq tərəfdə dalğa yönləndirmə tədqiqatlarına böyük təkan verdi. Böyük Britaniyanın Birminqem Universitetində 1940-cı ildə Con Rendall və Harri But tərəfindən hazırlanmış maqnetron yaxşı enerji mənbəyi təmin etdi və mikrodalğalı radarları mümkün etdi. ABŞ-nin ən mühüm tədqiqat mərkəzi MTİ-nin Radiasiya Laboratoriyasında (Rad Lab-da) idi, lakin bir çox başqaları ABŞ-da və İngiltərədə Telekommunikasiya Tədqiqat Müəssisəsi kimi iştirak edirdi. Rad Lab-da Fundamental Development Group-un rəhbəri Edvard Mills Pörsell idi. Onun tədqiqatçıları arasında Julian Şvinqer, Natan Markuvitz, Karol Qrey Montqomeri və Robert H. Dik var idi. Rad Laboratoriyasının işinin çox hissəsi dalğa qurğusunun komponentlərinin standart dövrə nəzəriyyəsi ilə təhlil oluna bilməsi üçün dalğa ötürücü strukturlarının yığılmış element modellərinin tapılması üzərində cəmlənmişdir. Hans Bet də qısa müddət ərzində Rad Laboratoriyasında idi, lakin orada olarkən o, ilk dəfə Rad Laboratoriyasında işlənib hazırlanmış dalğaötürən boşluğu filtrləri üçün vacib olduğunu sübut edən kiçik diafraqma nəzəriyyəsini yaratdı. Alman tərəfi isə müharibənin çox gec sonuna qədər radardakı dalğaötürənlərin potensialına böyük ölçüdə məhəl qoymadı. İş o yerə çatıb ki, vurulmuş Britaniya təyyarəsinin radar hissələri analiz üçün Siemens & Halske şirkətinə göndərilərkən, mikrodalğalı komponentlər kimi tanınsalar da, onların məqsədini müəyyən etmək mümkün olmayıb.

O dövrdə Almaniyada mikrodalğalı texnikaya çox da diqqət yetirilmirdi. Ümumilikdə hesab olunurdu ki, elektron mübarizə üçün bu sahənin heç bir faydası yoxdur və bu sahədə tədqiqat aparmaq istəyənlərə icazə verilmirdi.

— H. Mayer, Siemens & Halske-nin müharibə dövründəki vitse-prezidenti

Hətta alman akademiklərin bu sahədəki tədqiqatları ictimai formada yayımlamağa davam etməsinə icazə verilirdi, çünki bu sahədəki tədqiqatlar elə də vacib hesab edilmirdi.Oliner, pp. 548-554

Levy & Cohn, pp. 1055, 1057

İkinci Dünya müharibəsindən dərhal sonra dalğaötürənlər mikrodalğalı texnika sahəsində sayılıb-seçilən texnologiyaya çevrildi. Bununla belə, bəzi problemləri var; həcmlidir, istehsalı bahadır və limit tezliyi effektiv genişzolaqlı cihazların istehsalını çətinləşdirir. Ridced dalğa ötürücü bir oktavadan kənarda bant genişliyini artıra bilər, lakin daha yaxşı həll yolu koaksial keçiricilər kimi TEM (transvers elektromaqnit) modunda işləyən texnologiyadan istifadə etməkdir (yəni dalğa ötürücüsüz) TEM-in limit tezliyi yoxdur. Ekranlanmış düzbucaqlı keçiricidən də istifadə edilə bilər və bu, koaksiala nisbətən müəyyən istehsal üstünlüklərinə malikdir və planar texnologiyalarının (zolaq xətti və mikrozolaq) öncülü kimi görünə bilər. Bununla belə, planar texnologiyalar, həqiqətən, çap sxemləri təqdim edildikdən sonra inkişaf etməyə başladı. Bu üsullar dalğaötürəndən əhəmiyyətli dərəcədə ucuzdur və əksər zolaqlarda öz yerini tutmuşdur. Bununla belə, dalğaötürənlər hələ də Ku diapazonundan yuxarıya doğru yüksək mikrodalğalı zolaqlarda üstünlük təşkil edir.Oliner, pp. 556-557

Han & Hwang, pp. 21-7, 21-50

Xüsusiyyətlər

Yayılma modları və limit tezlikləri Dalğaötürənin yayılma modu dalğa tənliklərinin həlli və ya başqa sözlə dalğanın formasıdır. Sərhəd şərtlərinin məhdudlaşdırmaları səbəbiylə dalğaötürəndə yayıla bilən dalğa funksiyası üçün yalnız məhdud tezliklər və formalar mövcuddur. Müəyyən bir modun yayıla bildiyi ən kiçik tezlik həmin modun limit tezliyidir. Ən kiçik limit tezliyinə malik mod dalğa ötürücüsünün əsas modudur və onun limit tezliyi dalğaötürənin limit tezliyidir.