Qaraçay rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qaraçayevsk şəhəridir (rayon ərazisinə daxil deyildir). Coğrafiyası Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimal-şərqdə Maloqaraçaevsk rayonu, şərqdə Kabarda-Balkariya Respublikası, cənubda Gürcüstan, şimalda Ust-Cequtinski, qərbdə Zelençuk rayonu. Rayonun ərazisi 3917,24 km²-dir (2010-cu ildən bəri). Rayon respublikanın dağlıq hissəsində Baş Qafqaz və Skalistı silsilələri arasında yerləşir. Ən yüksək nöqtəsi Elbrus dağıdır (5642 m). Qərbi Qafqazın ən yüksək nöqtəsi olan Dombay-Ulgen zirvəsi (4046 m) rayonda yerləşir. Tarixi 1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar, təqribi olaraq indiki Qaraçay rayonuna uyğun iki rayon (Mikoyanovski və Uçkulan) Gürcüstan SSR-ə verildi və burada Kluxor rayonunu təşkil olundu.
14 mart 1955-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Kluxor rayonu Gürcüstan SSR-dən Stavropol diyarına birləşdirilir.
12 yanvar 1957-ci ildə Kluxor rayonu Qaraçay olaraq adlandırıldı. Elə həmin gün Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi.
1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençukskaya aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Cequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.
Əhali Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır: 2024 — 31,36 min nəf. 2035 — 29,38 min nəf. Urbanizasiya Şəhər şəraitində rayon əhalisinin 20,77 % yaşayır. Milli tərkib Xalq2002Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ) 2010Qaraçaylılar 22 127 (84,3 %) 25 882 (85,7 %)Çərkəzlər 1 121 (4,3 %) 1 526 (5,05 %)Osetinlər 1 388 (5,3 %) 1 484 (4,91 %)Ruslar 1 135 (4,3 %) 1 015 (3,36 %)Abazinlər 109 (0,4 %) 46 (0,15 %)tatarlar 43 (0,2 %) 29 (0,10 %)ermənilər 26 (0,1 %) 27 (0,09 %)ukraynalılar 41 (0,2 %) 21 (0,07 %)balkarlar 16 (0,1 %) 16 (0,05 %)noqaylar 12 (<0,1 %) 15 (0,05 %)milliyyətini bildirməyənlər 237 (0,9 %) 138 (0,46 %)
İstinadlar
Mənbə Официальный сайт Карачаево-Черкесской Республики Административно-территориальное деление КЧР
Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:1957-ci ildə yaranmış dövlətlər və ərazilər