() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Arealı kiçilməkdə olan az rast gəlinən növdür. Ural, Qırğıstan, Qafqaz, Skandinaviya, Orta və Atlantik Avropa, Aralıq dənizi, Kiçik Asiya, İran, Himalayda yayılıb. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir. Ehtiyatı məhduddur, nadir halda və az miqdarda rast gəlinir.
Botaniki xarakteristikası Hündürlüyü 20–45 sm, düz gövdəli, çılpaq çoxillik bitkidir. Qaytanşəkilli çoxsaylı köklərə malik kökümsovu üfüqi yerləşmişdir. Yarpaqları xətvari-neştərşəkilli və ya neştərvaridir, yuxarı yarpaqları dar, çox vaxt sivriləşmiş olur. Çiçək qrupu 15–20 sm uzunluqdadır, düz, formalı, seyrək və 3–20 ədəd çiçəkdən ibarətdir. Çiçəkləri ağ rənglidir və çılpaqdır; çiçəkyanlığının xarici ləçəkləri neştərvari və ya uzunsovdur, daxili ləçəkləri isə əksinəyumurtaşəkilli-ellipsvari olub, hamısında damarın sayı 5 ədəddir. Çiçək dodağı çiçəkyanlığının yarpaqcıqlarından bir qədər qısadır, onun ön dilimləri ürəkşəkilli — böyrəkşəkillidir və 3–5 ədəd uzununa dişli daraqlıdır. Çiçəkləməsi may ayında, meyvə verməsi may-iyun aylarında baş verir. Toxumla və vegetativ yolla çoxalır.
Azərbaycanda yayılması Zaqatala (Car kəndi), Şəki (Kiş kəndi), Xaşmaz (Qusarçay, Dədəli, Alekseyevka kəndləri), Göygöl ətrafında yayılmışdır.
Ehtiyatının dəyişilmə səbəbləri Çiçəyinin yığılması, yayıldığı yerin əkilməsi.
Becərilməsi Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
Qəbul edilmiş qorunma tədbirləri Göygöl qoruğunda mühafizə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər