Alp vudsiyası () — vudsiyakimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik, 6–8 sm hündürlüyündə, kiçik bitkidir. Yarpaqları tutqun-yaşıl, pərdəşəkilli, pulcuqlu, saplağı sarımtıl-boz, yarpaq ayasından qısa, qaidəsində bir ötürücü topalı, seqmentləri 6–8 cüt ovalşəkilli, sorusları yetişəndə öz aralarında qovuşandır, sporun səthi xırda yuvacıqlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında, nadir hallarda meşə zolaqlarında, qayalıqlar və daşlıq ərazilərdə rast gəlinir. Dekorativ bitkidir.

Yayılması Böyük Qafqazın Quba sahəsi, Böyük Qafqazın şərq hissəsi (Oğuz rayonu, Fil-Fil kənd ətrafı), Böyük Qafqazın qərb hissəsi (Sidlov dağı), Kiçik Qafqazın Şimal hissəsi (Göygöl və Cəbrayıl qəsəbəsi ətrafı), Diabar(Lerik rayonu), Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu).

Sayı və tendensiyası Az sayda, məhdud biotoplarda rast gəlinən populyasiyalara malikdir.

Məhdudlaşdırıcı amillər Təbii areallarının çox məhdud olması. Antropogen amillər. Ətraf mühit amillərinə həssaslıq.

Mühafizə tədbirləri Vaxtaşırı monitorinqlərin aparılması.

Sinonimləri Woodsia ilvensis ssp. alpina (Bolton) Asch. Woodsia intermedia Rupr.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:25–29 ID olan Taksonbar