1970 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 15-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1969 Avroviziya Mahnı Müsabiqəsində dörd ölkənin (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) qələbə qazanmasının ardınca hansı ölkənin növbəti müsabiqəyə ev sahibliyi edəcəyi maraq doğururdu. Belə ki, İspaniyanın 1969-cu ildə, Böyük Britaniyanın isə 1968-ci ildə müsabiqəyə ev sahibliyi etdiyinə görə ortada iki seçim olaraq Fransa və Niderland qalırdı. Nəticə olaraq, Avropa Yayımlar İttifaqının rəsmi açıqlamasında Niderlandın Avroviziyaya ikinci dəfə ev sahibliyi edəcəyi təsdiqlənmişdir. Müsabiqə ölkənin paytaxtı Amsterdam şəhərində “Rai Congrescentrum” arenasında keçirilmişdir. Müsabiqə 1970-ci ilin 21 mart tarixində baş tutmuşdur.

Ötən ilki müsabiqənin nəticələrindən narazı olan Finlandiya, İsveç, Norveç və Portuqaliya Avroviziya 1970-də iştirakdan imtina etmişdir. Müsabiqədə cəmi 12 ölkənin iştirak etmişdir və bu iştirakçı sayına görə 1959-cu ildən bəri ən aşağı göstərici idi. Müsabiqədə İrlandiya təmsilçisi Dana ifa etdiyi "All Kinds of Everything " mahnısı ilə Avroviziya 1970-in qalibi olmuşdur. Bu İrlandiyanın Avroviziyada ilk qalibiyyəti idi.

Final

# Ölkə Dil Müğənni Mahnı Azərbaycanca Yer Xal 01 Niderlandca Hearts of Soul "Waterman" Su adamı 7 7 02 Fransızca Anri Des "Retour" Qayıdış 4 8 03 İtalyanca Canni Morandi "Occhi di ragazza" Qızın gözləri 8 5 04 Slovencə Eva Srşen "Pridi, dala ti bom cvet" Gəl, sənə gül verəcəyəm 11 4 05 Fransızca Jan Valle "Viens l'oublier" Gedək, unut onu 8 5 06 Fransızca Qi Bonne "Marie-Blanche" Mari-Blanş 4 8 07 İngiliscə Meri Hopkin "Knock Knock, Who's There?" Tıq-tıq, kimdir orda? 2 26 08 Fransızca Devid Aleksandr Uinter "Je suis tombé du ciel" Mən göydən düşmüşəm 12 0 09 İspanca Xulio İqlesias "Gwendolyne" Qvendolin 4 8 10 Fransızca Dominik Düsso "Marlène" Marlen 8 5 11 Almanca Katya Ebştayn "Wunder gibt es immer wieder" Möcüzə həmişə baş verir 3 12 12 İngiliscə Dana "All Kinds of Everything" Hər şeyin hər növü 1 32

Nəticələr Səsvermə nəticələri Cəmi Niderland 7 3 3 1 İsveçrə 8 2 2 1 2 1 İtaliya 5 1 2 2 Yuqoslaviya 4 4 Belçika 5 3 1 1 Fransa 8 1 2 2 3 Böyük Britaniya 26 3 2 2 4 2 2 4 4 3 Lüksemburq 0 İspaniya 8 3 2 3 Monako 5 1 1 2 1 Almaniya 12 1 1 3 4 1 2 İrlandiya 32 5 6 9 1 4 2 3 2

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1970-ci ildə Niderland