— Tsukasa Fuşimi tərəfindən yazılmış və Hiro Kanzaki tərəfindən illüstrasiya edilmiş Yaponiya ranobe seriyası. "ASCII Media Works" 2013-cü ilin dekabr ayından bəri "Dengeki Bunko" möhrü ilə seriyanın 13 cildini nəşr etmişdir. 2014-cü ilin may ayında Rin tərəfindən illüstrasiya edilmiş manqa adaptasiyası nəşr olunmağa başlamışdır. "A-1 Pictures" studiyasının istehsal etdiyi bir anime adaptasiyası 2017-ci ilin aprel ayından iyun ayına qədər yayımlanmışdır.
Məzmun Ranobe seriyasının məzmunu Masamune İzumi adlı ranobe yazmağı sevən və orta məktəbdə təhsil alan bir şagirdi əhatə edir. Rəssamlıq qabiliyyəti olmayan Masamunenin ranobelərini anonim partnyoru adətən şübhə doğuran pozğun rəsmlər çəkən "Eromanga Sensei" illüstrasiya edir. Marağı ilə təhsilini balanslaşdırmağa çalışan Masamune ailəsinin yeganə üzvü – kiçik ögey bacısı Saqiri İzumiyə dayəlik etməli olur. Psixoloji cəhətdən hikikomori olan Saqiri bir ildən uzun bir müddətdir ki, öz otağından çıxmır və Masamuneyə göstərişlər verir. Buna baxmayaraq, Masamune diqqətsizlik ucbatından anonim partnyorunun Saqiri olduğunu öyrənəndə, xüsusən də araya uğurlu bir şoco manqakası olan Elf Yamada girəndə onların bir-birlərinə olan münasibəti dəyişir.
Personajlar
Seriyanın baş qəhrəmanı. O, orta məktəbdə təhsil alan 15 yaşlı bir oğlandır. Orta məktəbin ilk illərində o, yazdığı ranobe seriyasına görə bir mükafat almışdır. Daha sonra Masamune Silverwolf of Reincarnation adlı bir ranobe seriyası yazır və illüstrator olaraq "Eromanga Sensei" adlı bir anonim rəssamı işə alır, ancaq onun öz ögey bacısı Saqiri olduğunu öyrənir.
Seriyanın ikinci baş qəhrəmanı və "Eromanga Sensei" adınının daşıyıcısı. O, orta məktəbin birinci sinifində təhsil alan 12 yaşlı bir qızdır. O, öz otağını tərk etməyən bir hikikomoridir. Onun ehtiyaclarını ögey qardaşı Masamune qarşılayır. Saqiri daha sonra ögey qardaşını öz otağına dəvət edir və yavaş-yavaş dünyaya açılmağa başlayır. Masamune və bir neçə şəxsin onun "Eromanga Sensei" olduğunu bilməsinə baxmayaraq, danışıqlarda kimsə onu bu adla çağıranda o, duruxur və bu adda olan bir tanımadığını deyir. Seriyanın anime adaptasiyasında Saqirinin illüstrasiyaları Tiv tərəfindən çəkilmişdir.
Elf Yamada 14 yaşlı populyar bir ranobe müəllifidir. Onun ranobeləri 2.000.000-dan çox nüsxə satmışdır. O, Masamunenun qonşusudur və lolita üslubundakı geyimlərinə görə şöhrət qazanmışdır. O daha sonra Masamuneyə qarşı romantik hisslər əldə edir və ona açılır. Elf Yamada onun təxəllüsüdür. Onun gerçək adı – .
Muramasa uğurlu bir ranobe müəllifir. Onun ranobe seriyası cəmi 14.500.000 nüsxə satmışdır. O, Masamunenin "Silverwolf of Reincarnation" seriyasının azarkeşidir. Buna görə də Masamune seriyanı sona çatdıranda o çox məyyus olur. Murasama onu romantik komediya janrındakı seriyası yazmamağa çağırır, ancaq daha sonra Tenkayçi-Budokay müsabiqəsi zamanı uğursuz olduğunu anlayır. O, Masamuneyə aşiqdir, ancaq Masamune onun sevgililik təklifini rədd edir. Muramasa Sencu onun təxəllüsüdür. Onun gerçək adı – .
Mequmi Saqirinin sinif yoldaşıdır və əvvəllər həvəskar bir model olub. O, Saqiri ilə yaxından dost olmağa çalışır.
Tomoe Masamunenin lokal bir kitab mağazasında yarı-müddətli işləyən dostudur.
Kaqurazaka Masamunenin və Muramasanın icraçı redaktorudur.
Kris Elf Yamadanın böyük qardaşı və onun icraçı redaktorudur.
Şido Tenkayçi-Budokay müsabiqəsinin iştirakçılarından biridir, ancaq o, müsabiqədə ikinci yeri tutur. O, Masamunenin homoseksual olduğunu düşünür.
Media Ranobe Ranobe seriyası Tsukasa Fuşimi tərəfindən yazılıb və Hiro Kanzaki tərəfindən illüstrasiya edilib. Seriyanın I cildi 10 dekabr 2013-cü il tarixində "ASCII Media Works" tərəfindən "Dengeki Bunko" möhrü altında nəşr edilib. 2022-ci ilin iyun ayından etibarən ranobe seriyasının 13 cildi nəşr edilmişdir.
Manqa Rin tərəfindən illüstrasiya olunan bir manqa seriyası 27 may 2014-cü il tarixində "ASCII Media Works" nəşriyyatının "Dengeki Daioh" jurnalında nəşr edilməyə başlamışdır. 2018-ci ilin avqust ayından etibarən manqa seriyasının yeddi tankobon cildi var. Manqanı Şimali Amerikada "Dark Horse Comics" nəşr edir.
Elf Yamada personajına həsr olunmuş bir spin-off manqa 27 iyul 2018-ci il tarixində "Dengeki Daioh" jurnalının sentyabr buraxılışında nəşr edilməyə başlamışdır.
Anime Rejissorluğunu Ryohey Takeşitanın, ssenaristliyini Tatsuya Takahaşinin, prodüserliyini isə Şiniçiro Kaşivadanın etdiyi və "Aniplex" tərəfindən "A-1 Pictures" studiyasının animasiyası ilə istehsal edilən 12 seriyalıq bir anime televiziya adaptasiyası 9 aprel 2017-ci il tarixindən 25 iyun 2017-ci il tarixinə qədər yayımlanmışdır. İki OVA seriyasının 2018-ci ildə yayımlanmağı planlaşdırılırdı, ancaq onlar 16 yanvar 2019-cu il tarixində yayımlandılar. Açılış mahnısı "ClariS", bağlanış mahnısı "Adrenaline!!!" () isə "TrySail" tərəfindən ifa olunmuşdur. Səkkizinci seriyada Akane Fucitanın ifa etdiyi mahnısı verilib. "Aniplex of America" anime seriyasını Şimali Amerikada lisenziyalaşdırmışdır.
Başlıq Orijinal yayım tarixi
Qeydlər
İstinadlar
Xarici keçidlər
— Dengeki Bunko saytında. — Dengeki Daioh saytında.
Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2017-ci ilin anime serialları Kateqoriya:2018-ci ilin manqaları Kateqoriya:2019-cu ilin anime OVA-ları Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:A-1 Pictures Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Aniplex Kateqoriya:ASCII Media Works manqaları Kateqoriya:Dark Horse Comics komiks başlıqları Kateqoriya:Dengeki Bunko Kateqoriya:Dengeki Comics Kateqoriya:Dengeki Daioh Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Ranobelər Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Manqa yaradıcılığı haqqında anime və manqalar Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Seynen manqaları