Oto Nemsadze (; ) — Gürcüstan müğənnisi. O, "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Nemsadze Gürcüstanda əsasən 2010-cu ildə Geostar yarışmasının qalibi kimi tanınır. O 2013-cü ildə Ukraynanın Holos Krainy () səs yarışmasında iştirak edərək, nəticədə ikinci yeri qazanmışdır. 2017-ci ildə isə Nemsadze "Dear God" mahnısı ilə Limbo qrupunun üzvü kimi Gürcüstanın Avroviziya milli seçim turunda iştirak etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Gürcüstanın "Avroviziya" təmsilçiləri