Göyərçinqala () — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Coğrafiya left|thumb|290px|Kəndin küçələrindən biri Göyərçinqala yaşayış yeri Urmudan 70 kilometr şimalda, Salmasdan isə 50 kilometr cənubda Urmu gölünün qırağında yerləşir. Kənd Bəydağı, Quzey və Başlar dağları ilə əhatə olunub. Kənd Qarabağ, Qalqaçı, Müğartel və Boydaş kəndləri ilə qonşu olaraq, Ənzəl mahalının mərkəzi olan Quşçudan 20 kilometr aralıdır.
Kəndin su qaynağları Bostanava Gengərz (Genkəhriz) Arcabulağ (Kəndin ən böyük su qaynağı) Təzəgöl Hiçov Dərəgölü Şahbulağı Söyüdbulağı Acıgöl Ortagöl Minqatan
Ancaq bu bulağların çoxu son bir neçə ildə qurumuşdur. Hazırda kəndin içməli suyu Salmasın yaxınlığından təmin edilir. Bunlardan yalnız Arcabulağın suyu qurumamışdır.
Yer adları Acıl Müzəfər Obatı Qaraquşu Şıx Barat
Mədəniyyət thumb|250px|Kazım Daşı
Kənddə bir ibtidai məktəb, bir böyük məscid və hüseyniyyə, bir neçə mağaza vardır. Bu kəndin tarixi abidələrindən Göyərçinqala qəsri (Kazımxan Quşcunun sığınacağı) və onun əski hamamının adını çəkmək olar.
Əhalisi 2006-cı il məlumatına görə kənddə 598 nəfər yaşayır (194 ailə). Burada yaşayanların ən önəmli problemi susuzluqdur, belə ki əhalinin bir qismi son bir neçə ildə burada suyun az olması səbəbindən kəndi tərk edərək, Urmiya, Tehran və başqa yerlərə köç ediblər.
Həmçinin bax Göyərçinqala qəsri Kazım Daşı
İstinadlar
Kateqoriya:Urmiya şəhristanının kəndləri