Sahilkənarı qüllə () — Moskva Beynəlxalq Biznes Mərkəzində üç müxtəlif yüksəklikdə bina kompleksi.

Kompleksin birinci-17 mərtəbəli qülləsi 2004-cü ilin 11 oktyabrında, ikinci-27 mərtəbəli qülləsi 2005-ci ilin oktyabrında inşa edilmişdir. Ən yüksək üçüncü qülləsi isə 2005-ci ilin yanvar ayında inşasına başlamış və 9 noyabr 2007-ci ildə tamamlanmışdır. 2009-cu ildə Paytaxtlar şəhəri kompleksinin başa çatmasında əvvəl Sahilkənarı qüllə Avropanın ən yüksək binası hesab edilirdi..

Birinci bina 2003-cü ildə memar İnan Vehbi və Osturk Oljay tərəfindən hazırlanan kompleksin A-17 mərtəbəli qüllənin tikintisinə başlanmışdır. Ümumi sahəsi 39,8 min m² olan kompleks 2004-cü ilin 11 oktyabrında istifadəyə verilmişdir. Nəticədə 17 mərtəbəli bina şəhərin ilk ucaldılan binası oldu.

2005-ci ilin oktyabr ayında sahəsi 29,202 m² olan 27 mərtəbəli tikili istifadəyə verilir. Kompleks layihəsinə pul yatıran Enka böyük kreditlərə ehtiyac olmadığından, öz fondlarından gəlirlə tikintini başa vurdu. Ümumi investisiya 200 milyon dollar qiymətində idi.

Qalereya

Həmçinin bax Avropanın ən hündür binalarının siyahısı Laxta-mərkəz Merkuri qülləsi İstinadlar

Xarici keçidlər SkyscraperPage verilənlər bazasında daxil olma Emporis verilənlər bazasına daxil olun SkyscraperCity forumunda müzakirə mövzuları (en ruso) SkyscraperCity forumunda müzakirə mövzuları (en inglés)

Kateqoriya:Göydələnlər