Əfrin və ya Afrin (, ) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər.

Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir.

1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir.

Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi.The Name and the History of Afrin . Suriya vətəndaş müharibəsinin əvvəlindən şəhər kürd hərbi dəstələrinin nəzarəti altında idi. 2018-ci ilin yanvarında Zeytun budağı əməliyyatı nəticəsində şəhər türk hərbi qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçmişdir.

Mənbələr

Kateqoriya:Əlifba sırasına görə yaşayış məntəqələri Kateqoriya:Suriya şəhərləri Kateqoriya:Suriya qaralamaları