Sözcü — Türkiyə qəzeti. Qəzet 27 iyun 2007-ci ildə İstanbulda qurulmuşdur. Metin Yılmaz ilk baş redaktoru olmuşdur. Ümumiyyətlə hökuməti tənqid edən yazılarıyla tanınan qəzet, Türkiyədə xüsusilə Atatürkçü kəslər tərəfindən oxunmaqdadır. 7 noyabr 2016 tarixində, Türkiyə daxilində Azadlıq, Sabah və Posta qəzetlərindən sonra ən çox tiraja sahib olan qəzetdir.2007-ci ilin iyun ayında, daha əvvəl Doğan Yayın Holding tərəfindən yayımlanan Gözcü qəzetinin bağlanılmasından sonra (2007-ci ilin aprel ayı) ad haqqlarının alınması ilə çapa başlandı.
Tarixi
2007-ci ildə yayımına başlayan Sözcü, ilk günlərində 60 min ədəd qəzet satdı. Qəzet, 2008-ci ilin sentyabr ayında ortalama 150.000 tiraj keçdi və 2010-cu ilin dekabr ayında ortalama 210.000 tiraja çatdı. 2011-ci ildə Sözcü, ən çox oxunan ilk 10 qəzetin reytinq siyahısında 5-ci sırada durdu. 2012-ci isə 303.358 tiraj edən Sabah qəzetini, 328.030 tirajla keçmiş və Türkiyənin ən yüksək tiraja sahib 4 qəzetindən biri olmuşdur. 2014-ci ildə isə 402.870 tiraj ilə Zaman qəzetini keçəndən sonra Türkiyənin ən çox tiraja sahib olan 2-ci qəzeti olmuşdur. 8 May 2016 tarixindən etibarən gündəlik 288.649 nüsxədə Hürriyet, Sabah və Posta qəzetlərindən sonra Türkiyənin dördüncü ən böyük gündəlik qəzetdir.
Redaktorları
Yılmaz Özdil Emin Çölaşan Rahmi Turan Uğur Dündar Bekir Coşkun Mehmet Türker Necati Doğru Saygı Öztürk Soner Yalçın Yekta Güngör Özden Kemal Baytaş Ege Cansen Ayşe Sucu Nasuh Mahruki Ziya Saylanl Nilay Örnek Burak Göral Murat Muratoğlu Zeynep Gürcanlı Demet Cengiz Oray Eğin Dinçer Güner Özlem Gürses Taylan Kümeli Rahşan Gülşan Pınar Turan Vahe Kılıçarslan
Mükafatları
"Sosial Şəffaflıq Dərnəyi" tərəfindən qəzetin jurnalisti Necati Doğruya "Korrupsiyaya Qarşı Mübarizə və Dürüstlük Mükafat"ı verildi.
İstinadlar
Kateqoriya:Türkiyə qəzetləri Kateqoriya:Türk dilində qəzetlər Kateqoriya:İstanbul qəzetləri