Uaza () — Fransanın şimalında yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 60. İnzibati mərkəzi — Bove. Əhalisi — 810 680 nəfər (departamentlər arasında 26-cı yer, 2014-cü ilin məlumatları).

Coğrafiyası Uaza departamenti Pikardinin tarixi ərazisində yerləşir və Pa-dе-Kale, Nor, Somma, Ena, Er, Sena və Marna, Val-d’Uaz departamentləri ilə sərhəddir. Departamentin ərazisindən Uaza çayı axır. Ərazisi — 5860 km². Sıx meşələr Uazanın sol sahilinə uzanır.

Departamentin əsas şəhərləri Bove, Kompeyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Merü, Nuayon, Montater, Klermon.

Tarixi Romanın fəth dövründə Uazanın ərazisi müxtəlif Qalli tayfaların məskunlaşdığı yer idi. Onlardan ən güclü - Bellovaki - Uaza sağ sahilində torpaq işğal etmişdilər.

İnzibati bölgüsü Departamentə 4 rayon, 21 kanton və 693 kommun daxildir.

Rayonlar Bove (Beauvais) Klermon (Clermont) Kompyen (Compiègne) Sanlis (Senlis)

Qalereya

Həmçinin bax Fransa departamentlər siyahısı Xarici keçidlər Prefecture website General Council website oise directory website Oise Tourist Board

Kateqoriya:Fransa departamentləri Kateqoriya:Uaza departamenti