Pa-de-Kale () — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları).
Coğrafiyası Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km².
Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer.
Tarixi Birinci Dünya müharibəsi dövründə Pa-de-Kale də çox qanlı döyüşlər olmuşdur. Onlardan biri, Vimi döyüşü, Vimi şəhərində böyük bir müharibə xatirəsinə həsr olunub. İkinci Dünya müharibəsi dövründə Pa-de-Kale də Fortitude əməliyyat hədəfi idi.
Demoqrafiyası Pa-de-Kale, Fransanın ən sıx məskunlaşmış departamentlərindən biridir. Departamentin əhalisinin əksəriyyəti şərqdəki köçürmə sahələrində, Nor departamenti ilə sərhəd boyunca, 1,472,589 nəfər (2014), kiçik şəhərlər halında yaşayır. Departamentin mərkəzi və cənub hissələrində kənd yerləri var, lakin burada əhalinin sıxlığı da olduqca böyükdür. Qalereya
Həmçinin bax Fransa departamentlər siyahısı Ədəbiyyat
Xarici keçidlər Prefecture website Conseil Général website
Kateqoriya:Fransa departamentləri Kateqoriya:Pa-de-Kale departamenti