Seyfi Düzgörən () — Türk əsgəri və siyasətçisi.

Həyatı Seyfi Dözgörən 1880-ci ildə İstanbulda anadan olmuşdur. 1990-ci ildə Hərbi Akademiyaya daxil olmuş, 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Lakin daha sonra isə 1905-ci ildə təhsilini davam edərək kapitan rütbəsinə yüksəlmişdir.

Fəaliyyəti Minaatan bölük komandirliyi, Divân-ı Harb-î Örfî İdare-i Mahsusa Tövsiyə komissiyası üzvü, Hüdeydə firqəsi ərkan rəisliyi, Mürəttəp ordu komandirliyi ərkan rəisliyi, Türkiyə-Bolqarıstan Təhdid Komissiyasının rəisi, Hərbi Nəzarət Kəşfiyyat Şöbəsinin zabiti, Yeniköy Firqəsi Qurmay Rəhbərliyi, Ümumi Qərargah Kəşfiyyat Şöbəsinin rəhbəri, Danimarka Üsera Mübadilə Konqresində türk nümayəndəsi, Şərq cəbbhəsi komandirliyi, 13-cü Qafqaz Tümən Komandirliyi, Şərq Cəbhəsi Qurmay Rəhbərliyi, Milli Müdafiə Nazirliyində ordu dairəsi rəhbəri, Gömrük-mühafizə Xidməti Ümumi komandirliyi və s. vəzifələrdə xidmət etmişdir.

Türkiyə Böyük Millət Məclisinin VI, VII Və VIII çağırışlarında Mardinin millətvəkili seçilmiş və IV, VII və VIII çağırışlarında Gömrük və Monopoliya Komissiyasının sədri kimi xidmət etmişdir. Məcidiyyə ordeni, Almaniyanın Dəmir xaç ordeni, Dəmir xaç ordeni ilə Gümüş Ləyaqət və İstiqlal Medalı ilə təltif edilmişdir.

20 fevral 1923-cü ildə təqaüdə çıxmışdır.

Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Balkan müharibələri Türkiyə İstiqlaliyyət müharibəsi

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 172.

İstinadlar

Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları