Manpura adası () — Banqladeşə məxsus olan, əsasən alçaq düzənlikdən ibarət olan ada. Ada Benqal körfəzinin şimalında yerləşir. İnzibati cəhətdən Barisal vilayətinin Bhola dairəsinə daxildir. adanın şimal-qərbində Manpura şəhəri yerləşir.

Bhola adasından şərqdə, Hatiya adasından isə qərbdə yerləşir. adanın uzunluğu 22 km, eni 5 km, orta hündürlüyü isə 2 metr təşkil edir. Hazırda adanın sahəsi 114 km²-dir. Bununla belə ərazisi tez bir zamanda azlmağa doru gedir. 1973–2010-cu illər ərzində ərazisi 37 km² azalaraq 148 km²-dən 114 km²LOSS AND GAIN OF LAND OF MANPURA ISLAND OF BHOLA DISTRICT: AN INTEGRATED APPROACH USING REMOTE SENSING AND GIS qədər enmişdir. Ətrafında yerləşən kiçik adalarla birlikdə sahəsi 373 km²-dir.

1970-ci ilin noyabr ayında baş vermiş Bhola siklonu nəticəsində ada böyük zərər görmüşdür.

İstinadlar

Kateqoriya:Banqladeş adaları