Həsən İzzət Paşa () (d. 1871; İstanbul, – 3 mart, 1931, ailemiz. net, information from the Archive of the Personnel Department of Turkish Army ) — Osmanlı İmperiyasının generalı.
Həyatı Həsən İzzət 1871-ci ildə İstanbulun Aksaray məhəlləsində Əli Muhsin Paşanın və Sürəyyə xanımın ailəsində doğulmuşdu. 1890-cı ildə Türkiyə Quru Qoşunları məktəbini və 1893-cü il martında hərbui məktəbi qərargah zabiti rütbəsi ilə bitirdi.Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, İstanbul, 1968, p. 20.
Hərbi karyerası 1894-cü il aprelin 14-də Sultan II Əbdülhəmidin əmri ilə Baş Qərargahın dördüncü şöbəsinə təyin edildi. 1895-ci il mayın 18-də Kapitan (Kolağası) rütbəsinə yüksəldi və 1895-ci il mayın 12-də hərbi heyətin tərkibində Üsküpə ekskursiya göndərildi (indiki Skopye). 29 oktyabr 1896-cı ildə Hərbi Akademiyaya təyin edildi.
Osmanlı-Yunan müharibəsi (1897) 1897-ci il aprelin 21-də mayor rütbəsinə yüksəldilmiş və Alasonya ordusunda xidmətə göndərilmişdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə II Neşet bəyin diviziyasına təyin edilmiş və Domokos döyüşündə (Domokos Müharibəsi) iştirak etmişdir. 1897-ci il iyulun 17-də İstanbula geri çağırılmış və Yunanıstan Sərhədi Komandanlığına təyin edilmişdir.
Müharibəyə qədərki dövr 1897-ci il noyabrın 18-də Edirne Əmirlikdəki Hərbi Məktəbə () müfəttiş təyin edilmiş və 1898-ci il martın 18-də Müharibə Akademiyasının artilleriya müəllimi vəzifəsini icra etmişdir. Dəməşq Hərbi Liseyinin () yoxlanılması və araşdırılması üçün Dəməşqə göndərilir. 2 oktyabr 1900-cü ildə polkovnik rütbəsinə, 1905-ci il aprelin 23-də leytenant-polkovnik rütbəsinə yüksəlir. 26 Mart 1906-cı ildə Baş qərargahın dördüncü bölməsinə təyin edilir.
Hərbi təlim keçmək üçün Rumıniyaya göndərilir və 4 Avqust 1907-ci ildə Rumıniya hökuməti tərəfindən 2-ci sinif ordeni ilə təltif edilir. 1908-ci il iyunun 25-də bəzi vacib məsələlərin həll edilməsi üçün yaradılan hərbi tribunaya üzv olur. Sonra Sirozda (indiki adı: Sere, Serres) yerləşən 17-ci şöbənin komandiri təyin edilir.
31 mart hadisəsi 31 mart hadisəsindən sonra 1909-cu ildə Fəaliyyət Ordusunun Müvəqqəti şöbəsinin komandiri vəzifəsinə təyin edilir. 1911-ci il iyulun 2-də I Korpus komandirliyində 1-ci şöbənin komandiri vəzifəsini təyin edilir.
Balkan müharibələri Birinci Balkan müharibəsi dövründə Babaeskiyə getdi və Şərq Ordusunun () əmri ilə 9-cu Bölmənin komandiri təyin edildi. 1912-ci ilin 9-10 oktyabrənda Petrada (bu gün: Kırklareli əyalətinin mərkəzi rayonunda Kayalı kəndi) Taştabya, Vize və Çatalca döyüşlərində iştirak etdi. 19 dekabr 1912-ci ildə mirliva rütbəsinə yüksəldi. 1913-cü il yanvarın 21-də Çatalca ordusunun sol cinahının I Korpus komandiri təyin edildi. 6 mart 1913-cü ildə 18-ci şöbənin komandiri təyin edildi.
İkinci Balkan müharibəsi dövründə Çatalca Ordusunun nəzarəti altında II Korpusa təyin edildi və Adrianopldakı döyüşlərdə iştirak etmək üçün mübarizəyə göndərildi.Edward J. Erickson, Defeat in Detail, The Ottoman Army in the Balkans, 1912–1913, Westport, Praeger, 2003, p. 323. Atəşkəs imzalandıqdan sonra, 24 dekabr 1913-cü ildə III Korpusun komandirliyinə təyin edildi.
Birinci Dünya müharibəsi 1914-cü il Birinci Dünya müharibəsi illərində səfərbər olunduqdan sonra Sultan V Mehmed ondan Üçüncü Ordunun komandiri olmasını istədi. Körpüköy müharibəsi zamanı komandir idi. Sarıqamış döyüşünə hazırlıq zamanı Orduda mövcud olan xəstəliklərdən və qəfil dəyişikliklərdən qorxuya düşdü. Ənvər Paşanın Sarıqamış döyüşündə vaxtından əvvəl hücum etməsinə qarşı çıxdı. 18 dekabr 1914-cü ildə Üçüncü Ordunun komandiri vəzifəsini yüksəldi.
Hərbi rütbələri
Kapitan (Yüzbaşı), 24 mart, 1893 Baş kapitan (Kolağası), 7 may 1895 Mayor (Binbaşı), 21 aprel, 1897 Leytenant-polkovnik (Kaymakam), 2 oktyabr, 1900 Polkovik (Miralay), 23 aprel, 1905 Mirliva, 19 dekabr, 1912 Ferik, 1 oktyabr, 1915
İstinadlar
Mənbə The Encyclopædia Britannica: Vol XXXII, 1922, by Hugh Chisholm, page 803.
Xarici keçidlər Hasan İzzet Paşa (Arolat) , Türkiyə Birinci Dünya müharibəsində.
Kateqoriya:1871-ci ildə doğulanlar Kateqoriya:1931-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyə generalları Kateqoriya:Osmanlı imperiyasının hərb tarixi Kateqoriya:Osmanlı paşaları