Qarapaça, köpgər () — boşbuynuzlular dəstəsindən bir məməli növü. Status. Sayı azdır. Növün arealı kiçilmişdir. Yayılması. Hazırda Azərbaycanda qarapaça Böyük Qafqazın cənub və şərq yamaclarında, İsmayıllı, İlisu və Zaqatala qoruqlarında yayılmışdır. Kiçik Qafqazda artıq bu heyvanlara təsadüf edilmir. Yaşayış yeri. Qarapaçalar dağlıq-meşəlik heyvanı olub, dəniz səviyyəsindən 1000 m-dən 3000 m-ə qədər hündürlüyü olan meşəli, qayalı dağlarda yaşayırlar. Sayı. Ümumi sayı 600-800 fərd təşkil edir. Çoxalması. Qarapaçalar 3 yaşında cinsi yetişkənliyə çatırlar. Cütləşmə noyabrın ortalarından dekabrın əvvəllərinə qədər davam edir. Erkəklər öz ətrafına 3-7 dişi toplayır. Boğazlıq dövrü altı aya qədərdir. Aprelin axırlarından mayın sonuna qədər 1, bəzən 2 bala verirlər. Rəqibi, düşməni, xəstəliyi. Əsas qida rəqibləri – ev heyvanları və vəhşi dırnaqlı heyvanlardır, düşməni – vaşaq, canavar və ayıdır. Sayının dəyişilmə səbəbləri. Azərbaycanda qarapaçanın sayının dəyişilməsinin əsas səbəbi bilavasitə insanlar tərəfindən ovlanması və onların yaşayış yerinin yay otlaqlarına çevrilməsidir. Qorunması üçün zəruri tədbirlər. Növün yayıldığı əraziləri qoruq elan etmək. Bilavasitə təkcə heyvanları deyil, həm də yaşayış yerlərini mühafizə etmək, biotexniki tədbirlər keçirmək, qanunsuz ova qarşı mübarizəni gücləndirmək.
Növləri Rupicapra rupicapra: R. r. tatrica : Slovakiya ,Polşa R. r. balcanica : Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, şimali Yunanıstan, Makedoniya Respublikası , Serbiya, Monteneqro və Sloveniya R. r. carpatica : Rumıniya R. r. cartusiana : Fransa R. r. rupicapra : Avstriya ,Fransa, Almaniya, İtaliya, İsveçrə, Slovakiya R. r. asiatica : Türkiyə R. r. caucasica: Azərbaycan, Gürcüstan, Rusiya R. r. ornata : İtaliya
Xarici keçidlər http://azerimammals.aznet.org/azerimammals/Ungulate_Az.htm http://www.mct.gov.az/?/az/animal/2262/163
Kateqoriya:Boşbuynuzlular Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Qərbi Asiya məməliləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları