İsmayıl İsmayılov () — alim, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini".

Bioqrafiyası İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub.

Təhsili 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir.

Elmi nailiyyətləri 1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür..

Ailəsi Ailəlidir, iki oğlu var.

Fəaliyyəti 1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri. 1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir. 1998-ci ildən Olimpiya Akademiyasında prorektor vəzifəsində çalışır. 1996–2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. 2006–2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə işləmişdir.

Mükafatları 2004-cü ildə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan Respublikasının gənclər və idman nazirlərinin müavinləri