Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə () — Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi. Seyid Hüseyn Sadiqnin oğlu.

Toğrul Sadıqzadə 1926-cı ildə Bakıda, İçərişəhərdə, Azərbaycanın tanınmış yazıçısı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində dünyaya gəlib. Valideynləri 1937-ci ildə repressiya olunublar. 1949-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib. Portretlər, Füzulinin "Leyli və Məcnun” poemasına çəkdiyi miniatürlər ona geniş şöhrət qazandırır. 1951-ci ildə Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə iştirak edir. 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olur.

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Sadıqzadələr Kateqoriya:İçərişəhərdə_doğulanlar