May Narva (; doğ. 22 oktyabr 1999, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2014).
Həyatı May Narva şahmatçılar ailəsində anadan olub. O, eston şahmatçılar Boris Rıtovun və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narvanın və qadınlar arasında şahmat üzrə Estoniya çempionu Regina Narvanın isə qızıdır.
Üç dəfə qadınlar arasında şahmat üzrə Estoniya çempionatlarında qalib olub: 2014, 2016 (əlavə turnirdən sonra), 2017. 2014-cü ildə Batumidə U16 yaş qrupunda qızlar arasında Avropa çempionu olub. 2015-ci ildə Karpaçda Estoniyanın qızlardan ibarət komandasının heyətində U18 yaş qrupunda Avropa komanda birinciliyinin qalibi olub. Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2014, 2016).
Qustav Adolf Gimnaziyasında təhsil alıb.
İstinadlar
Xarici keçidlər FIDE Chess profili Mai Narva . Chess-DB.com Mai Narva . Chessgames.com Mai Narva . 365Chess.com
Kateqoriya:Tallində doğulanlar Kateqoriya:Estoniya şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat beynəlxalq ustaları