Bədri xanım Kərimdad xan qızı Teymurtaş (1908–1995) — İranın Avropa təhsilli ilk stomotoloq qadını, "İran stomotologiyasının anası".

Həyatı Bədri xanım Kərimdad xan qızı Teymurtaş 1908-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra, 1920-ci ildə Avropaya, Belçikaya yollanmışdı. Orda Stomotoloji məktəbə daxil olmuşdu. Məktəbi bitirəndən sonra Avropada qalmış, bir müddət iş prosesini öyrənmişdi.

Qardaşı Əbdülhüseyn xan Teymurtaş 1933-cü ildə Rza şah Pəhləvi tərəfindən öldürüləndən sonra 8 il ev dustağı olmuşdu. 1941-ci ildə Rza şah İrandan sürgün olunandan sonra Məşhəddə yaşamalı olmuşdu.

Bədri Teymurtaş 1960-cı ildə Məşhəd universitetinin professoru Əmir İsmayıl Sondozi ilə bərabər Xorasanın mərkəzində Stomotoloji məktəb yaratmışdı. Özü də həmin məktəbdə dərs demişdi.

Bədri Teymurtaş 1966-cı ildən 1967-ci ilədək məktəbdə dekanın maliyyə üzrə müavini olmuşdu.

Bədri Teymurtaş 1967-ci ildə fakültənin dekanı olmuşdu. Bu tarix İranda ilkdir. O, İranın ilk qadın dekanı kimi adını tarixə yazmışdı.

Bədri Teymurtaş 1989-cu ildə təqaüdə çıxmışdı.

Bədri Teymurtaş 1995-ci ildə vəfat edib. Məşhəddə Səhne-Azadidə dəfn olunub.

Mənbə

Həmçinin bax Əbdülhüseyn xan Teymurtaş

Kateqoriya:İran həkimləri