Suxumi döyüşü və ya Suxumi qırğını — 16–27 sentyabr 1993-cü il tarixlərində baş vermiş döyüş. Döyüşün nəticəsi olaraq Suxuminin nəzarəti gürcülərdən abxazlara keçmişdir.
Hadislərin gedişi Rusiyanın vasitəçiliyi ilə iyulun 27-də Soçidə daha bir atəşkəs razılaşması əldə edildi. Bu atəşkəs Abxaziya separatçıları müqaviləni pozduqları günə, yəni (Gürcüstanın müqavilənin şərtlərinə əməl etməməsini bəhanə gətirərək) Suxumiyə doğru genişmiqyaslı hücuma başladığı 16 sentyabr tarixinədək davam etdi. Hücum zamanı Rusiyaya məxsus MiQ-29 təyyarələri Suxuminin gürcü məhəllələrinə və Qumista çayı boyunca yerləşən gürcü kəndlərinə vakuum bombaları atdı.Goltz, Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet Rusiyalı jurnalist Dmitri Xolodov Suxuminin işğalından əvvəl şəhərdə idi. O, şəhərin dəfələrlə Rusiya qüvvələri tərəfindən ağır silahlarla atəşə tutulduğunu və bunun mülki itkilərə səbəb olduğunu bildirmişdi.D. Kholodov. "Moskovskiy komsomolets", July 29, 1993, p.3
Rusiyanın iştirakı ilə atəşkəs və Gürcüstan-Abxaziya münaqişəsinin tənzimlənməsi haqqında prinsiplər imzalanmışdır. Razılaşmaya əsasən Gürcüstan tərəfi ağır artilleriyanı, tankları və canlı hərbi qüvvənin böyük hissəsini Suxumidən çıxarmağa başladı. Abxaz separatçıları müttəfiqləri ilə şəhərə hücum və ağır bombardmanın təşkili haqqında razılaşma əldə etmişdi. Öz növbəsində Gürcüstan tərəfi Rusiyaya bəyan etdi ki, əgər gürcülər Suxumidən ordu çıxarılmasını tamamilə başa çatdırsalar, bu zaman şəhərə hücum edilə və ya bombardman təşkil oluna bilməz. Gürcü hərbi qüvvələri tankları ilə birgə Rusiya hərbi gəmiləri vasitəsilə Poti şəhərinə daşındı. Şəhər tamamilə hərbi baxımdan müdafiəsiz hala gətirildi. Mülki əhali isə şəhərdə yaşamağa davam edirdi, hətta sentyabrın 1-də bütün məktəblər yenidən fəaliyyətə başladı. Məcburi köçkünlərin böyük bir hissəsi yenidən öz evlərinə qayıtdılar və Suxumidə həyat öz axarına qayıtdı. Şevardnadzenin sözlərinə görə, o Yeltsinə və Rusiya qarantiyasına inanmış, buna görə də insanlardan evlərinə qayıtmağı xahiş etmişdi.Shevardnadze Edward, Thoughts on Past and Future,, p 121 Lakin, 16 sentyabr saat 8 am-də abxaz separatçıları Şimali Qafqaz könüllüləri, kazaklar və Rusiya xüsusi xidmət orqanı döyüşçüləri ilə birgə Suxumiyə hücuma başladılar.Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet, p 93
12 günlük gülləbərandan əvvəl bir neçə gün mühasirə altında olan şəhərin ətrafında intensiv döyüşlər baş verdi və hər iki tərəf ciddi itkilər verdi. Şəhərdə qalan gürcülər ağır artilleriya silahları qarşısında yalnız tüfənglər və AK 47-lərlə müdafiə olunmağa məcbur idilər.Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet, p 153 Suxumidəki teatr aktyorları birliyi şəhərdə separatçılara qarşı mübarizə aparan digər vətəndaşlarla birlikdə döyüşlərə qoşulmuşdu. Şəhər Rusiya hərbi hava qüvvələri və separatçıların artilleriyası tərəfindən amansızcasına bombalanırdı.Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet, p 135 27 sentyabrda şəhər separatçılar tərəfindən ələ keçirildi, Qafqaz Dağlı Xalqlaı Konfederasiyası və Rusiya birlikləri Abxaziya Hökumət Evini ələ keçirdilər.
İşğaldan sonra Şevardnadze Suxuminin əhalisinə radio ilə müraciət etdi:
Kütləvi qətllər 27 sentyabr 1993-cü ildə baş vermiş 2 saatlıq döyüşdən sonra Nazirlər Sovetinin binası ələ keçirilir. Nəticədə abxazlar tərəfindən Abxaziya hökumətinin ali idarə heyəti məhkəməziz ittiham edilərək güllələnir: Abxaziya Nazirlər Sovetinin sədri Jiuli Şartava, Dövlət müşaviri Vaxtanq Gegelaşvili, Nazirlər Şurasının əməkdaşı Sumbat Saakyan, Sənaye naziri Raul Eşba, Suxumi icra başçısı Quram Qabiskiriya, Mətbuat Şurasınəın rəhbəri Aleksandr Berulava və başqaları.
Müharibə zamanı mülki əhaliyə qarşı ən qorxunc qırğın Suxuminin işğalından sonra bu şəhərdə həyata keçirildi. Şəhərin işğalı zamanı abxaz separatçıları küçələrdə 1000-ə qədər adamı öldürmüşdülər. Şəhərdə tələyə salınmış mülki vətəndaşlar evlərindən, zirzəmilərindən və saxlanclarından çıxarılaraq əsir alınmışdır.Human Rights Watch report GEORGIA/ABKHAZIA: VIOLATIONS OF THE LAWS OF WAR AND RUSSIA'S ROLE IN THE CONFLICT , March 1995
1994-cü ildə ABŞ Dövlət Departamentinin Ölkə Hesabatlarında insan haqlarının kütləvi şəkildə pozulması səhnələri də təsvir edilmişdir:
Şəhərə hökumət qüvvələrinə dəstəyə gələn Eduard Şevardnadze ölümdən son anda qurtularaq şəhəri tərk etdi. Tezliklə Abxaziya qüvvələri və Dağlı Xalqları Konfederasiyası könüllüləri bütün Abxaziya ərazisini işğal etdilər. Yalnız Kodori dərəsi Gürcüstanın nəzarətində qaldı. Gürcüstan qüvvələrinin ümumi məğlubiyyəti, Gürcü əsilli əhalinin etnik təmizlənməsi ilə müşayiət olundu. Müharibə və onu müşayiət edən etnik təmizləmə nəticəsində Gürcüstanın müxtəlif ərazilərində, xüsusilə Sameqreloda (Minqreliya) (112,208; BMQAK, iyun 2000) 200.000–250.000 məcburi köçkün məskunlaşmışdır. Tbilisidə və ətraf ərazilərdə qaçqaınlar yüzlərlə yataqxana, otel və tərk edilmiş Sovet kazarmalarında müvəqqəti məskunlaşmışlar. ŞQXK-nın çeçen yaraqlıları daha sonra Rusiya ilə Birinci Çeçenistan müharibəsində iştirak etmək üçün Abxaziyanı tərk etdilər.
Müharibənin ağır fəsadlarını yaşamış gürcü qadınları Rusiya kinorejissoru Andrey Nekrasovla müsahibədə həmin günləri belə xatırlayırlar:
Suxumi döyüşünün son günlərində Abxaz sseparatçıları "Transair Georgia"ya məxsus üç gürcü mülki təyyarəsini vuraraq 136 nəfəri qətlə yetirdilər (sərnişinlərin bəziləri gürcü əsgərləri idi).Mihail Zhirohov, Авиация в абхазском конфликте (Aviation in the Abkhazian conflict)
Döyüşün son saatlarında çox sayda gürcü mülki və hərbi qulluqçu Rusiya gəmiləri tərəfindən təxliyə edilmişdi.
Bəzi abxaz və erməni döyüşçüləri mülki əhaliyə qarşı inanılmaz vəhşilik göstərmişlər: Tamaz Nadareişvilinin sözlərinə görə bir qıza təcavüz edilmiş, qəddarcasına qətlə yetirilmiş və cəsədi parçalanmışdır. Cəsədin yanında belə bir ismarış qoymuşlar:"Bədənin bu hissələrini birləşdirmək mümkün olmadığı kimi, Abxaziya artıq heç vaxt Gürcüstanla bir yerdə olmayacaq"Nadareishvili, Tamaz. Genocide in Abkhazia. Tbilisi: Samshoblo, 1997, p 94. Qırğının abxaz millətçiləri və ya qus, Qafqaz döyüşçüləri tərəfindən həyata keçirilməsi iddiaları var. Qətllərin məsuliyyəti separatçı qüvvələrin komandiri və Abxaziya qəhrəmanı Şamil Basayevin üzərinə atılır. Lakin qırğından xilas olan bəzi qaçqınlar qırğınlarda abxaz və ermənilərdən ibarət qonşuların iştirak etdiyini iddia edirlərHuman Rights Watch interviews, August 1993.. Bir çox insanlar rus məmurlarının əmrlərini xatırlayır: "Məhbusları almayın!"
Ədəbiyyat Andrew Andersen: "Russia Versus Georgia: One Undeclared War in the Caucasus", Centre for Military and Strategic Studies, Canada, October 2001. "Georgia/Abkhazia: Violations of the Laws of War and Russia’s Role in the Conflict", Human Rights Watch Report, Vol. 7, No. 7, March 1995. Белая книга Абхазии. Документы, материалы, свидетельства. 1992–1993, Сост. Воронов Ю. Н., Флоренский П. В., Шутова Т. А., Москва, 1993. Список погибших в Сухуми в 1992–1996 годах на сайте separatizm.narod.ru.
İstinadlar
Mənbə Human Rights Watch Helsinki
Kateqoriya:Gürcü-abxaz münaqişəsi Kateqoriya:Gürcüstanda qətliamlar Kateqoriya:Abxaziyada gürcülərə qarşı etnik təmizləmə