İncəsənət Universiteti () — Albaniyada yerləşən Universitet, (əvvəllər "İncəsənət Akademiyası" kimi tanınırdı); incəsənət sahəsində ali təhsil verən ölkənin əsas təhsil müəssisəsidir.

Tarixi Təhsil müəssisəsi 1966-cı ildə Ali İncəsənət İnstitutu kimi təşkil edilmişdir (). Universitet 3 ali təhsil müəsisəsinin birləşdirilməsindən meydana gəlmişdir:Tirana Dövlət Konservatoriyası (), Ali incəsənt məktəbi () və "Aleksandr Mosis" aktyorluq məktəbi (). Albaniya ilə SSRİ arasında kommunist əməkdaşlıq dövründə universitet rus musiqisinin ənənələrini klassik musiqi və baletdə tədris prosesində istifadə etmək imkanı qazanmışdı. 1991-ci ildə İncəsənət İnstitutu İncəsənət Akademiyasına çevrilir. 12 oktyabr 2009-cu ildə "Böyük magistr" ordeni ilə mükafatlandırılmışdır. 23 mart 2011-ci ildə Albaniyası Nazirlər Sovetinin qərarı ilə Akademiya Uuniversitetə çevrilir. 2011–2012-ci tədris ilində öz işinə başlamışdır. Universitet hələ də Rusiyanın balet və klassik musiqi məktəbi ilə əlaqələr saxlayır.

Fəaliyyətlər Universitetə 3 fakültəyə sahibdir: Musiqi fakültəsi: Musiqişunaslıq, dirijorluq və bəstəkarlıq kafedrası Nəğmə kafedrası Vizual Sənətlər fakültəsi: Rəsm kafedrası Heykəltaraşlıq kafedrası Səhnə Sənətləri Fakültəsi: Aktyorluq kafedrası Rejisorluq, estrada, xoreoqrafiya və dizayn kafedrası

Rektorlar 1966–1969 illər − Vilson Kilica 1969–1973 illər − Tefik Çaushi 1973–1978 illər − Lili Zhamo 1978–1981 illər − Ibrahim Madhi 1981–1988 illər − Kristo Jorgji 1988–1991 illər − Jakup Mato 1991–1992 illər − Fatmir Hysi 1992–1995 illər − Bujar Kapexhiu 1995–1997 illər − Gjergj Zheji 1997–2008 illər − Kastriot Çaushi 2008 − Petrit Malaj

Məzunları Universitet məzunları yalnız Albaniyada deyil, xaricdə də tanınırlar. Onlar arasında: Kledi Kadiu — rəqassə Venera Kastrati — rəssam İnva Mula — opera müğənnisi Edi Rama — ictimai və siyasi xadim Anri Sala — rəssam Ernomela Yaxo — opera müğənnisi

İstinadlar

Mənbə Rəsmi sayt Rəsmi sayt Albania |Ranking Web of Universities

Kateqoriya:Albaniya universitetləri