Cəfər Xocabəy oğlu Bünyadzadə () — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştirak etmiş, uşaq hekayələri və çoxlu satirik şeirlər yazmışdır. "Nəşri-maarif" və "Səfa" məktəblərində müəllim işləmiş, satirik "Tuti" jurnalının baş redaktoru olmuşdur. Dadaş Bünyadzadənin qardaşıdır.

Həyatı Cəfər Bünyadzadə "Səda", "Sədayi-Vətən" və başqa mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə üçün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915).

Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur. C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra-kasibəsi" qəzetində etdiyi minnətdarlıq məktubunda bildirirdi:

Əsərləri

Mən məktəb istəyirəm. Uşaqlar üçün asan dil ilə yazılmış hekayələr. Bakı: [s.n.], 1910; İgid oğul və yaxud vətən məhəbbəti, 1912; Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1913; Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1914 (ikinci nəşri); Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n. ], 1916 (üçüncü nəşri); Dağarcıq (milli nəğmələr). Bakı: [s.n.], 1917; Kəşküli-nəğəm. Rusiya inqilabi-kəbiri zamanında təb edilmişdir. Bakı: [s.n.], 1917; İgid oğul və yaxud vətən məhəbbəti. Bakı: Zərdabi, 2023.

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan jurnal redaktorları Kateqoriya:Azərbaycan kommunistləri