248pxQayalıqlar bakirəsi Leonardo da Vinçi, 1483–1486Panel üzərində yağlı boya (sonradan kətana köçürülüb), 199 × 122 smLuvr muzeyi, Paris, 255pxQayalıqlar bakirəsi Leonardo da Vinçi, 1495–1508Panel üzərində yağlı boya, 189.5 × 120 smMilli Qalereya, London, Qayalıqlar bakirəsi (, ) və ya Madonna qayalıqlarda () — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən eyni mövzuda və eyni kompozisiya ilə çəkilmiş, detalları bir-birindən fərqlənən iki rəsm əsəridir. Əsərin prima versiya hesab edilən iki nüsxəsindən biri Parisin Luvr muzeyində, ikincisi isə Londonun Milli Qalereyasında saxlanılır. İki metrə yaxın hündürlükləri olan əsərlərin hər ikisi yağlı boya ilə işlənmişdir. Hər iki əsər taxta panel üzərində işlənsə də, Luvr versiyası sonradan kətan üzərində köçürülmüşdür.
Hər iki əsərdə Madonna, Körpə İsa, körpə İohann və mələklə birlikdə qayaqlıq yerdə təsvir edilmişdir ki, əsər də adını burdan almışdır. Əsərlərin əsas fərqi mələyin baxışı və sağ əlindədir. Bundan başqa bir çox xırda detallar, o cümlədən rənglər, floranın təsviri və sfumatonun istifadə üsulu da iki əsəri bir-birindən fərqləndirir. Əsərlərin alınma tarixi sənədlərlə bəlli olunsa da, ümumilikdə onların dəqiq işlənmə tarixləri mübahisəlidir və bu da özlüyündə iki əsərdən hansının daha əvvəl işlənməsi mövzusunda mübahisə yaradır.
Əsərlə bağlı olan və onun yan paneli kimi nəzərdə tutulmuş iki rəsm əsəri də mövcuddur ki, onlar da London Milli Qalereyasında saxlanılırlar. Hər iki əsərdə musiqi alətində ifa edən mələklər təsvir edilmişdir.
Mövzu
Hər iki əsərin məzmunu Körpə İsaya Vəftizçi İohann tərəfindən təzim göstərilməsidir. Bu mövzu qeyri-Bibliya hadisəsinin tərkibi olmaqla müqəddəs ailənin Misirə səfərinin tərkibi kimi orta əsrlər ənənəsinin tərkibinə çevrilmişdir. Matfeyin İncilinə görə Məryəmin həyat yoldaşı İosif yuxuda görür ki, kral Herod Körpə İsanın öldürülməsinə qərar verib, buna görə də, o, ailənin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti köçməsini təşkil edir.The Gospel of Matthew, Chapter 2, verses 13–15 Misirə səfərlə bağlı çoxsaylı qeyri-Bibliya mənbələri vardır. Həmin mənbələrdən birində İsadan əvvəl doğulmuş və Günahsızların qırğını zamanı müqəddəs ailə kimi Vifleyemdə yaşayan İohann da xatırlanır. Əfsanəyə görə İohannı Misirə arxangel Uriil gətirmiş və onlar yolda müqəddəs ailə ilə qarşılaşmışlar. Luvr muzeyinin saytında isə rəsmdəki mələyin Cəbrayıl olması qeyd edilir (Muzeydə rəsmin izahında isə Uriil olması göstərilir). Bu apokrifal hesab edilən Vəftizçi İohannın İncilindəki məlumat ilə uyğundur. Burada İohannın Vifleyemdən Cəbrayıl tərəfindən çıxarılması göstərilsə də, yolda müqəddəs ailə ilə qarşılaşmadan bəhs edilmir.
Vəftizçi İohannın Bakirə Məryəm və Körpə İsaya təzim etməsi mövzusu İntibah dövrü Florensiyasında geniş yayılmışdı. Şəhərin müdafiəçi müqəddəsi olan Vəftizçi İohann bu şəhərdə yaradılan incəsənət əsərlərində tez-tez təsvir olunurdu.Paoletti and Radke, p. 79 Vəftizçi İohannı Bakirə Məryəm və Körpə İsa ilə təsvir etmiş nüfuzlu sənətkarlar arasında Filippo Lippi, Rafael Santi və Mikelancelo da yer almışlar.Paoletti and Radke, p. 261David Thompson, Raphael, the Life and Legacy, BBC, (1983), Ludwig Goldscheider, Michelangelo: Paintings, Sculptures, Architecture, Phaidon, (!964)
Leonardonun bu mövzuya həsr etdiyi hər iki əsərdə müqəddəs ailənin arxasında qayalıq görünür. Doğulma hadisəsinin bəzən mağarada təsvir edilməsinə və Kennet Kların Fra Filippo Lippi tərəfindən Mediçi ailəsi üçün işlənmiş daha erkən təzim əsərində qayalıq səhnə peyzajının olması iddiasınaClark, p. 51 baxmayaraq, Leonardonun təsviri o zaman üçün bir ilk kimi qiymətləndirilir və əsər adını məhz qayalıq peyzajından alır.
Tarix Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kapellası
Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kapellasının əsası 1335-ci ildə Milan hersoqu I Qaleazzonun həyat yoldaşı Beatriçe d’Este tərəfindən qoyulmuşdur. Kapella San-Françesko-Maccore kilsəsinə tabe edilmişdi.
1479-cu ildə Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi qardaşlığı kapellanın tavanının bəzədilməsi üçün Françesko Zavatarri və Corco della Kyezanı işə cəlb edir. 1480-ci ildə Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi qardaşlığı Cakomo del Mainoya kapella üçün rəsm yerləri olan böyük taxta altarın hazırlanmasını sifariş edir. Sifariş üçün son ödəniş 7 avqust 1482-ci ildə həyata keçirilmişdir.
Əsərin sifariş edilməsi
25 aprel 1483-cü ildə keşiş Bartolomeo Skorlione və Qardaşlıq Leonardo da Vinçi, həmçinin Ambroco və Yevangelista de Predis qardaşları ilə altar panellərinin işlənməsi üçün müqavilə bağlayır.Angela Ottino della Chiesa, The Complete Paintings of Leonardo da Vinci pp. 93–95 Müqavilədə hansı rəssamın nə etməli olması qeyd edilməmişdi. Müqavilədə Leonardo “Ustad” kimi qeyd edilmişdir. Ambroco de Predis də rəssam idi. Ehtimal ki, Yevangelista de Predis zərgər olmuş və rənglərin hazırlanmasına kömək etmişdir.
Əsərin detalları, rənglənməsi və qızıl suyuna çəkilməsi müqavilədə göstərilmişdir. Mərkəzi paneldə Bakirə Məryəm və Körpə İsa ehtimal ki, David və Yesaya olan iki peyğəmbərlə mələklərin əhatəsində təsvir edilməli idi. Onların üstündəki lunetdə Tanrı və Bakirə Məryəmi təsvir edən relyef yerləşdirilməli, relyefdəki qabarıq fiqurlar isə parlaq boyalarla rənglənməli və qızıl suyuna çəkilməli idi. Mərkəzi panelin digər tərəfində musiqi ifa edən dörd mələk və oxuyan mələklər göstərilməli idi. Yonulmuş relyef panellərin bir neçəsində Bakirə Məryəmin həyatı təsvir edilməli idi. Böyük hissələrdə rəngləmə və qızıl suyuna çəkilmə hissələri də detallı şəkildə müqavilədə göstərilmişdi.Angela Ottino della Chiesa, p. 93
Təhvil tarixi 8 dekabr 1483-cü il, Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi bayramı günü kimi göstərilmiş və işin tamamlanması üçün sənətkarlara yeddi ay vaxt verilmişdir.
Ödəniş
1 may 1483-cü ildə 100 lire məblğində ilkin ödəniş edilmişdir. Bundan sonra 1483-cü ilin iyulundan 1485-ci ilin fevralına kimi hər ay 40 lire olmaqla, ümumilikdə 800 lire ödəniş edilmişdir. Yekun ödəniş 1483-cü ilin dekabrında tamamlanmış əsərin təhvil verilməsindən sonra edilməli idi.
1490-1495-ci illər arasında Ambroco və Leonardo birlikdə müraciətnamə yazaraq yalnız mərkəzi panelin işlənməsinin 800 lireyə başa gəldiyini bildirmiş və əlavə olaraq 1.200 lire tələb etmişlər. Müraciətə cavab olaraq Qardaşlıq rəssamlara əlavə olaraq 100 lire ödəniş təklif edir. Nəticədən narazı olan Leonardo və Ambroco onları müdafiə etməsi üçüm Milan hersoqu Lüdoviko Sfrozaya müraciət edirlər. Təklif edilir ki, altar mütəxəssislər tərəfindən qiymətləndirilsin və dəyəri haqqında fikir söylənilsin. Rəssamlar həm də bildirirlər ki, qiymətlə bağlı razılaşma əldə olunmasa, onlar rəsmləri altardan ayıracaqlar.
1503-cü ildə Ambroco özü və ölmüş qardaşı Yevangelistanın adında ödəniş edilməsi üçün yenidən müraciət edir. 1499-cu ildə Lombardiyanı ələ keçirmiş Fransa kralı XII Lüdovik 9 mart 1503-cü ildə Milan komandirinə müraciət edərək rəssamların adından işə müdaxilə etməyi tələb edir. 23 iyun 1503-cü ildə Qardaşlıq rəsmin qiymətləndirilməsi və ya qaytarılması tələbini rədd edir. 27 aprel 1506-cı ildə nəhayət ki, qiymətləndirmə keçirilir. Qeyd edilir ki, əsər tamamlanmamışdır. Leonardodan əsəri tamamlamaq xahiş edilsə də, o, artıq Milanda deyildi.
18 avqust 1508-ci ildə əsər təhvil verilir və onun üçün ayrılmş məkana yerləşdirilir. 7 avqust 1507-ci il və 23 oktyabr 1508-ci ildə Ambroco ümumilikdə 200 lire dəyərində ödəniş alır. Bu ödənişin alınması Leonardo ilə yazışma vasitəsiylə də təsdiqlənir.
1524–2011 London versiyası
1524-1576-cı illərdə əsərin London versiyası Bakirə Məryəmin Məsum Hamiləliyi kapellasında vəba xəstəliyinə qarşı istifadə olunur.Wasserman, p 110 1576-cı ildə altar, sökülməsinə qərar verilmiş kapelladan çıxarılır. 1785-ci ilin ortalarında rəssam və əntiq əşya kolleksiyaçısı Qevin Hemilton “Qayalıqlar bakirəsi”ni kapellanın varisi olan dini qurumun idarəçisi Qraf Sikoqnadan alır. Hemiltonun vəfatından sonra onun varisləri əsəri Lord Lensdauna satırlar. 1880-ci ildə Qraf Saffolk əsəri 9.000 gineya qiymətinə Milli Qalereyaya satır. Həmin zaman pis vəziyyətdə olan əsər müxtəlif tədqiqatçılar tərəfindən Leonardo da Vinçiyə və ya Bernardino Luiniyə aid edilirdi.
2005-ci ilin iyununda əsər infraqırmızı reflektoqram vasitəsiylə tədqiq edilir. Bu tədqiqatdan sonra əsərin altında bir neçə başqa əsərin olması müəyyən edilmişdir. Eskizdə diz çökmüş, sağ əlini uzatmış, sol əlini isə ürəyinin üstünə qoymuş qadın təsvir edilmişdir.White, Susan D. (2006). Draw Like Da Vinci. London: Cassell Illustrated. . p. 137. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, rəssamın ilkin fikri Körpə İsaya itaət edən Məryəm təsvirinin çəkilməsi olmuşdur. Rentgen və infraqırmızı şüalanma nəticəsində çoxsaylı pentimenti də üzə çıxarılmışdır.
2009-2010-cu illərdə əsərin təmizlənməsi və konservasiyası işləri həyata keçirilmiş"The Virgin of the Rocks: Da Vinci decoded" , Jonathan Jones, The Guardian, 13 July 2010 , 2010-cu ilin iyulundan isə rəsm yenidən ictimayətə təqdim olunmuşdur. Aparılmış işləri izah edən Milli Qalereya bildirir ki, əsər əsasən və ya tamamilə Leonardo tərəfindən işlənmiş, bəzi hissələri isə tamamlanmamışdır. Tədqiqatlar haqqında tam məlumat 2010-cu ildə nəşr edilmişdir.
Yan panellər
Tamamlanmış altara daxil olan və musiqi alətlərində ifa edən mələklər təsvir edilmiş iki yan panel London Milli Qalereyası tərəfindən 1899-cu ildə alınmışdır.
Paris versiyası
Əsərin hazırda Luvrda saxlanan versiyasını 1625-ci ildə İtaliya alimi və messenatı Kassiano dal Poçço Fontenblo sarayında görmüşdür. 1806-cı ildə məşhur fransız bərpaçı Hakin () Əsərin Luvr versiyasın paneldən kətan üzərinə köçürmüşdür. 2011-2012-ci illərdə Leonardo yaradıcılığının Lüdoviko Sfrozanın sarayında keçən dövrünə həsr olunmuş sərgidə rəsm qısa müddətdə Milli Qalereya rəsmi illə birlikdə nümayiş etdirilmişdir.
Təsvir London versiyası
1508-ci ildə çəkilmiş və London Milli Qalereyasında saxlanan ikinci rəsm əsəri də Leonardo da Vinçiyə aid edilir. Əvvəl əsərin müxtəllif hissələrinin Leonardonun tələbələri tərəfindən işlənməsi düşünülsə də, restavrasiya zamanı aparılan tədqiqatlardan sonra Milli Qalereyanın mütəxəssisləri onun rəssamın özü tərəfindən işlənməsini elan etmişlər. Lakin, əsərin müəlliflik məsələsi hələ də müzakirə mövzusu olaraq qalmaqdadır."The daffodil code: doubts revived over Leonardo’s Virgin of the Rocks in London" , Dalya Alberge, The Guardian, 9 aprel 2018 Əsər Milandakı San-Françesko-Maccore kilsəsinin Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kapellası üçün çəkilmişdir. Əsər kilsə tərəfindən təxminən 1781-ci ildə satılmış, 1785-ci ildə isə rəssam Qevin Hemilton tərəfindən alınaraq İngiltərəyə gətirilmişdir. İki fərqli kolleksiyaya daxil olduqdan sonra əsər 1880-ci ildə Milli Qalereya tərəfindən alınmışdır.
Yan panellər
Belə ehtimal edilir ki, musiqi alətlərində ifa edən iki mələk rəsmləri altar kompozisiyasının tərkibinə daxil olmuşdur. 1490-1495-ci illərdə tamamlanmış bu iki rəsm əsəri də hazırda London Milli Qalereyasında saxlanılır. Qırmızı geyimli mələk rəsminin Ambroco de Predis, yaşıl geyimli mələk rəsminin isə Leonardonun digər tələbəsi Françesko Napoletano tərəfindən çəkilməsi düşünülür.
Paris versiyası
Luvrda saxlanan “Qayalıqlar bakirəsi” 1483-1486-cı illərə aid edilməklə əksər sənətşünaslar tərəfindən eyniadlı iki rəsmdən erkən işlənmişi kimi qəbul edilir. Əksər nüfuzlu tədqiqatçılar əsərin tamamilə Leonardo tərəfindən işlənməsini qeyd edirlər. Paris versiyası London versiyasından təxminən 8 sm hündürdür. Əsər haqqında ilk məlumat 1625-ci ildə onun Fransa kral kolleksiyasına qəbul edilməsi ilə bağlıdır. Ümumi qəbul edilmiş fikrə görə, əsər 1483-cü ildə alınmış sifarişə əsasən Milanda işlənmişdir. Belə bir nəzəriyyə vardır ki, Leonardo bu rəsmi gizlincə satmış və sifarişi yerinə yetirmək üçün rəsmin Londonda saxlanan versiyasını işləmişdir. Eyni əsərin iki versiyası olmasını izah etməyə çalışan çoxsaylı nəzəriyyələr vardır. Bu əsər Leonardonun sfumato texnikasının ən mükəmməl təzahürü hesab edilir.