Zəfər ruhu () — 1989-cu ildə çəkilən ABŞ filmi. Rejissoru Robert Milyon Yanqdır. Baş rolları Uillem Defo və Edvard Ceyms Olmos bölüşmüşdür. Ssenarisi əsl həyatda baş verən hadisələrə əsasən hazırlanıb. Filmin böyük hissəsində hadisələr Holokost zamanı Auşvitz həbs düşərgəsində cərəyan edir. Filmdə yəhudi-yunan boksçu Salamo Aruxun SS həbsxana gözətçilərinin əyləncəsi üçün məcburiyyət qarşısında digərləri ilə vuruşmasından danışılır. “Zəfər ruhu” filminə qədər heç bir filmin böyük hissəsi Auşvitz həbs düşərgəsində çəkilməmişdir. Kostas Mendilorun ilk çəkildiyi filmdir.

Süjet

Saloniki, Yunanıstanda işləyən liman fəhləsi Salamo Aruxun boksa dərin marağı var idi. 1943-cü ildə öz ailəsi və nişanlısı Alleqra ilə birlikdə tutuldu və Auşvitzə gətirildi. Arux SS həbsxana gözətçilərinin əyləncəsi üçün digər məhkumlarla boks matçı edirdi. O bilirdi ki, əgər bu təklifdən imtina etsə, ailəsi cəzalandırılacaq; əgər matçlarda qalib gəlsə, ona əlavə rasion veriləcək, əgər məğlub olsa, qaz kamerasına göndəriləcək. Ətrafında ailəsi və dostları öldü və o, yalnızca öz sevgilisi Alleqra ilə tək qaldı. Sevgilisini həyatda tutmaq üçün əlindən gələni etməkdə qərarlı idi.

Həmçinin bax Kostas Mendilor – yunan-avstraliya əsilli aktyor Triumph Films – əsası 1982-ci ildə qoyulan ABŞ kino istehsal edən şirkət

İstinadlar Qeydlər

Biblioqrafiya

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Holokost filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Polşada çəkilən filmlər