Ştollen ( və ya ) — alman mətbəxinə aid milad şirniyyatı. Ştollenin əsasən kişmiş və sukat içlikli forması geniş yayılmış, lakin lalə, qoz-fındıq və marsipandan olan forması da məşhurdurVon Gänsen, Karpfen, Lebkuchen und Stollen Dtsch Med. Wochenschrift 2003;128: 2691–2694 (p. 4). Ştollenin hazırlanması üçün müəyyən proporsiyalara riayət etməklə ağır maya xəmiri lazımdır. Sukatlı ştollen üçün: 10 kq una — 3 kq-dan az olmayaraq kərə yağı və ya marqarin və 6 kq limon və ya portağal sukatı. Təbii ki hər bişirənin öz ədviyyat və əlavələr resepti vardır ki, bu da ştollenə müxtəlif dadlar verir. Ştollenin bişirilməsindən sonra üzərinə ərinmiş kərə yağı sürtülür və şəkər pudrası səpilirMeyers Lexikon : "Besonders bekannt ist der Dresdner Stollen" ("the Dresden Stollen is especially well-known"). Ştollenin yaranma tarixi isə orta əsrlərə gedib çıxır.
Növləri Ştollenin müxtəlif növləri vardır: Butterstollen — yağlı ştollen; Dresdner Christstollen — Drezden ştolleni; Mandelstollen — badamlı ştollen; Marzipanstollen — marzipanlı ştollen; Mohnstollen — laləli ştollen; Nussstollen — qoz-fındıqlı ştollen; Quarkstollen — kəsmikli ştollen; Champagnerstollen — şampanlı ştollen; Rotweinstollen — qırmızı çaxırlı ştollen; Schokostollen — şokoladlı ştollen.
Qalereya
İstinadlar
Xarici keçidlər
Dresden Stollen Festival Dresden Stollen history, in English from the Germany Embassy in Canada
Həmçinin bax Almaniya mətbəxi Ştrisel Ştrudel
Kateqoriya:Almaniya desertləri Kateqoriya:Milad şirniyyatları Kateqoriya:Almaniya çörəkləri Kateqoriya:Şirin çörəklər Kateqoriya:Niderland mətbəxi