Səfəvi mətbəxi - Səfəvilər dövlətinin yaranmasından süqutuna qədər (1501-1736) mövcud olan mətbəx mədəniyyəti. Səfəvi mətbəxi mənbə və tədqiqatlarda Səfəvi dövrünə aid olan və hicri qəməri 1389, miladi tarixi ilə 2010-cu ildə “Süruş” nəşriyyatında işıq üzü görmüş iki kulinariya risaləsinin çap edilib.Musalı N. Səfəvi saray mətbəxinə dair iki unikal mənbə//Prof. A.İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın materialları. Bakı: Elm, 2014, s.603-607 Farsca yazılmış hər iki risalə əslən əfşar türklərindən olan görkəmli İran alimi İrəc Əfşar tərəfindən nəşrə hazırlanmış və “Aşpəziyi-doureyi-Səfəvi” (“Səfəvi dövrünün aşpazlığı”) adlı kitabda yayınlanmışdır.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”). Be kuşişi: İrəc Əfşar. Tehran: “Süruş”, 1389, 268 s.
İ.Əfşar kitaba “İşarə” adlanan ön söz yazmışdır. İranlı alim əvvəlcə aşpazlıq sənəti haqqında ərəbcə və farsca qaynaqlara dair müxtəsər məlumat vermiş, daha sonra isə nəşr etdirdiyi iki risalə barədə düşüncələrini oxucularla bölüşmüşdür.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.19-28 Ön sözün ardı olaraq yazdığı “İşarəyə əlavə” adlı bölümdə araşdırmaçı Şərq mətbəxinə dair qaynaqlar haqqında məlumatına bəzi dəqiqləşdirmələr və əlavələr etmişdir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.29-32 Bunun ardınca İ.Əfşar özünün hazırladığı “Əski aşpazlıq biblioqrafiyası” adlı bölümü nəşr etdirmiş, burada fars və ərəb dillərində yazılmış aşpazlıq risalələrinin, kulinariya üzrə klassik mənbələrin və onlara dair müasir araşdırmaların siyahısına yer vermişdir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.33-62 Daha sonra isə tədqiqatçı Səfəvi dövrünə aid hər iki aşpazlıq risaləsinin mətnini dərc etmişdir. Kitab şərhlər və göstəricilərlə təchiz olunmuşdur.
“Karnamə dər babi-təbbaxi və sənəti-an” (“Aşpazlıq və onun sənəti haqqında iş kitabı”) və ya qısaca olaraq “Karnamə” adlandırılan ilk risalənin müəllifi I Şah İsmayıl dövrünün (1501-1524) aşpazı Hacı Məhəmməd Əli Bavərçi Bağdadidir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.63-179 Müəllif əsərin bir yerində öz atasının Mirzə Budağın aşpazı olduğunu belə ifadə edir: “Fəqirin atası bu aşları mərhum şahzadə – Allah onun dəlilini nurlandırsın – Mirzə Budaq üçün bişirirdi. Bu fəqir də öz atasından öyrənmişdir”.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.90 Burada adı çəkilən Mirzə Budaq, Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Mirzə Pirbudaq (öl. 1466) ola bilər. Çünki Mirzə Pirbudaq Bağdad valisi olmuşdur və nisbəsindən göründüyü kimi, “Karnamə”nin müəllifi də əslən bağdadlıdır. Yəqin ki, onun atası Mirzə Pirbudağın Bağdaddakı sarayında aşpaz işləmişdir. Amma müəllifin bağdadlı olması onun ərəb olduğu anlamına gəlməməlidir. Qaraqoyunluların, Ağqoyunluların və Səfəvilərin hakimiyyəti dönəmində Bağdadda türk etnik elementi xeyli güclənmiş, şəhərin ictimai-siyasi və mədəni həyatında önəmli rol oynamağa başlamışdı. Şah İsmayıl Xətainin bir beytində deyildiyi kimiŞah İsmayıl Xətai. Əsərləri (tərtib, müqəddimə, lüğət və izahlar Ə.H.Məmmədovundur). I cild. Bakı: Azərnəşr, 1975, s.154: Əsəri nəşrə hazırlayan İ.Əfşarın da qeyd etdiyi kimi, Hacı Məhəmməd Əli Bavərçi öz əsərində bir sıra türkcə istilahları işlətməsi ilə yanaşı, bəzi farsca kəlmələri də türkcə tələffüzə uyğun surətdə yazmışdır.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.170 Hacı Məhəmməd Əli Bavərçi “Karnamə”ni yazan zaman kulinariyaya dair əski kitablardan oxuduğu, ustadlardan öyrəndiyi, özünün ixtira etdiyi və təcrübədən keçirdiyi yemək hazırlama üsullarını bəyan etdiyini açıqlayır.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.66
“Karnamə”nin yeganə nüsxəsi hal-hazırda Tehran Universiteti kitabxanasında No. 9701 şifrəsi ilə mühafizə edilir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.27-28 Əsər müqəddimədən və 22 babdan ibarətdir. Fəsillərin təsnifatı yemək növləri üzrə aparılmışdır.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.115-139
İ.Əfşarın nəşr etdirdiyi ikinci risalə Aşpaz Nurullanın “Maddətül-həyat” (“Həyat maddəsi”) adlı əsəridir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.181-238 Mətnşünas alim kitabı hazırlayarkən əsərin Mahmud Fərhad Mötəmidin şəxsi kolleksiyasına və Tehrandakı Məclis kitabxanasına məxsus nüsxələrindən yararlanmışdır. Əsər müəllif xütbəsindən, ustadlıq haqqında fəsildən, müqəddimədən, 6 babdan və xatimədən ibarətdir. Müəllifin ata-babaları I Şah İsmayıl dövründən etibarən Səfəvi mətbəxində aşpaz olaraq çalışmışlar.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.184 Nurullanın özü əvvəlcə Şah Məhəmməd Xudabəndənin (1578-1587) oğlu və vəliəhdi Sultan Həmzə mirzəyə aşpazlıq etmiş və hətta bir dəfə çox dadlı qıyma-plov bişirdiyi üçün adı çəkilən şahzadədən gözəl bir at hədiyyə almışdı.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.201 Daha sonra isə müəllif I Şah Abbasın (1587-1629) saray aşpazı olmuş, onun icazəsi ilə h. 1003 / m. 1594-95-ci ildə Hicaza gedib Kəbəni ziyarət etdikdən sonra geri dönmüş və bu risaləni qələmə almışdır.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.184-186 Maraqlıdır ki, əsərin yazılması tarixi kimi başlanğıcda h. 1003-cü il tarixi göstərilsə də, risalənin I babında “indi 1014-cü ildir” (m. 1605-06) ifadəsi yer almışdır.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.198 Aşpaz Nurulla əsəri yazmaqda məqsədini bu cür açıqlayır: “Fikrimə düşdü ki, aşpazlıq elmi haqqında bir risalə bəyan edim. Ondan ötrü ki, bu elmin talibləri və ondan bəhrələnmək istəyənlər bundan bir feyz tapsınlar”.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.186
Əsərin xatiməsində aşpazlıqda məşhur olduğu üçün bu əsəri yazmaqda ar etmədiyini vurğulayan müəllif aşağıdakı türkcə beytdən öz fikrini qüvvətləndirməkdən ötrü istifadə edir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.238:Risaləsinin tənqidlərlə üzləşə biləcəyini nəzərə alan Aşpaz Nurulla əsərdə ola biləcək nöqsanlara görə öncədən üzrxahlıq etməyi unutmur və yenə də fikrini daha dolğun ifadə etmək üçün türkcə bir misradan istifadə edir:
“Xahiş edirəm ki, qərəz əhli fürsət tapıb “yemək növləri bundan daha artıqdır” desələr, öncədən üzrxahlıq etdiyimi nəzərə alsınlar. Bu acizə bunlar çatıb.
Səfəvilərin dövlət məmuru Mirzə Səmianın “Təzkirətül-müluk” əsərindən bəlli olur ki, Səfəvi sarayında yeməklərin hazırlanması üçün ciddi və mürəkkəb bir sistem qurulmuşdu. Saray təsərrüfatlarının cəmindən ibarət olan “büyutat” təsisatına qida məhsullarının tədarükü və hazırlanması üzrə ixtisaslaşmış mətbəx (aşpazxana), meyvəxana, ğanat, həvicxana, abdarxana, səqqaxana, əyağxana, qəhvəxana, şərbətxana, şirəxana, çörəkxana, halvaçıxana, yoğurtxana, turşuxana və s. qurumlar daxil idi.Mirza Səmia. Təzkirətül-müluk (be kuşişi: S.M.Dəbirsiyaqi). Tehran, “ƏmiriKəbir”, 1368, s.31-33Sazmani-idariyi-hokuməti-Səfəvi ya təliqati-Minorski bər “Təzkirətül-müluk (tərcümə: M.Rəcəbniya). Tehran: “Əmiri-Kəbir”, 1368, s.124,129Veliyeva Z. Safevî devlet teşkilatı (“Tezkiretü’l-Mülük”e göre). Yayınlanmamış doktora tezi. Ankara Üniversitesi Sosyal Bilimler Fakültesi, 2007, s.234-235
Səyyahların gözü ilə Səfəvi mətbəxi Milli mətbəximizin rəngarəngliyi hələ Səfəvilər dövründə ölkəmizə səfər edən əcnəbi diplomatların və səyyahların heyrətinə səbəb olurdu. Təsadüfi deyildir ki, 1561-ci ildə Səfəvilər dövlətinə gəlmiş ingilis ticarət şirkətinin nümayəndəsi Antoni Cenkinson Şamaxı ətrafında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclunun onun şərəfinə təşkil etdiyi ziyafətlə bağlı belə yazırdı: Evliya Çələbi "Səyahətnamə"sində Səfəvi mətbəxi barədə maraqlı məlumatlar verir: Tanınmış hollan dənizçisi və səyyahı Yan Streys Səfəvi saray mətbəxi barədə belə yazır:
Yemək növləri alt=Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütun sarayındakı təsvir|left|thumb|386x386px|Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütun sarayındakı təsvir “Karnamə dər babi-təbbaxi və sənəti-an” (“Aşpazlıq və onun sənəti haqqında iş kitabı”) adlanan Səfəvi dövrü risaləsində müxtəlif yemək növləri sadalanır. Şirin çörəklər, xəmir xörəkləri, şorba və sıyıq növləri, sirkəli və turş yeməklər, plov çeşidləri, qutablar, tərəvəz xörəkləri, qovurma və qızartma kimi ət yeməkləri, kabab növləri, müxtəlif şirniyyat haqqında məlumat verilmişdir. Ümumiyyətlə, “Karnamə”də 130-dan çox yemək növündən bəhs edilmişdir. Əsərin IX-XIII babları tamamilə plov çeşidlərinə həsr olunmuş və burada 26 plov növünün hazırlanma üsulu əksini tapmışdır. Müəllifin buğra, umac, tutmac, şirbirinc, şilə-plov, riştə-plov, quşdili-plov, küftə-kabab, Qaraman paxlavası, qatlama, şəkərbura və s. yeməklər haqqında məlumatı böyük maraq doğurur.
Nurullanın aşpazlıq risaləsində paxlava və plov çeşidləri, tərəvəz və xəmir xörəkləri, dolma, kabab və şorba növləri və s. haqqında məlumatlar əksini tapmışdır. Əsərin I, II və V babları plovlara həsr edilmiş və burada 50-dən artıq plov çeşidinin hazırlanma üsulları yer almışdır.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.195-217,233-237 Bütövlükdə götürdükdə isə risalədə təxminən 120 yeməyə dair bilgi verilmişdir. Buraq, çalqama, qovurma, doğrama, bağlama, yolma, sarı-plov, bağlı-plov, dolma-plov, türkman-plov, loqmaplov, qıyma-qabaq, bozlamac və s. kimi yeməklərin təsviri maraq doğurur. Balıq qızartmalarından bəhs edərkən müəllif Araz çayından tutulan sarı balıqlardan və Şirvandan gətirilən qızıl balıqlardan hazırlanan yeməklərin ləzzətini tərifləyir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.197-198,205 Aşpaz Nurulla Səfəvi dövrünün ən yaxşı kababçılarından birinin Ustad Hüseynxan Kəbabi olduğunu və onun h. 992 / m. 1584-cü ildə rəhmətə getdiyini bildirir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.195 Büryan-plovun hazırlanmasının isə I Şah Abbasın saray mətbəxində ən yaxşı tərzdə Ustad Fulad Büryani tərəfindən həyata keçirildiyi göstərilir.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.206 Əsərin sonunda müəllif bildirir ki, “əgər hansı aşpaz bu məsləhətlərə baxmayaraq yeməyi pis bişirərsə, gərək onda həmin adam aşpazlıqdan danışmasın və köhnə ustadların adlarını bədnam etməsin!”.Aşpəziyi-doureyi-Səfəvi (“Karnamə” və “Maddətül-həyat”), s.237
Mətbəxə nəzarət edən əmirlər Meyvəxana sahib-i cəmi – Meyvələr, o cümlədən lazım olan qədər qab-qacaq, qızıl, gümüş və mis həvicxana adlı anbarlarda saxlanılır və onların anbarları meyvəxana sahib-i cəminə tabe idi. Ehtiyat saxlanılan və gündəlik işlədilən məhsullar, onların xərcləri həvicxanada qayda üzrə qeydiyyata alınırdı. Meyvəxana sahib-i cəmləri, şərbətdarbaşı bir qayda olaraq süfrəçibaşı və tuşmalbaşı ilə həmkarlıq edirdi. Süfrəçibaşı – süfrəyə qulluq edənlərin rəisi idi. Teymur xanın oğlu süfrəçibaşı Murad xan «ümra-ye bozorge dərgah», yəni sarayın böyük əmirlərindən idi. Süfrəçibaşı adətən türk əyanlarından təyin edilirdi. I Şah İsmayılın dövründə Ustaclı Məhəmməd bəyin süfrəçibaşı olduğunu görürük. O, 1511-ci ildə ali divan əmirləri sırasına daxil edilmişdi. I Şah Səfi dövründə süfrəçibaşı vəzifəsində olan Xələf bəy bu vəzifəyə I Şah Abbas zamanı təyin edilmişdi. O, əslən Arasbardan olub, Qaracadağ sufilərindən idi. Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu. O, 1638-ci ildə Bağdad savaşında osmanlılar tərəfindən əsir götürülmüş və İstanbulda edam olunmuşdu. Ondan sonra süfrəçibaşı vəzifəsi böyük oğlu İbrahim sultana, 1662-ci ildə iş kiçik oğlu Maqsud sultana tapşırılmışdı.